Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karbon turşuları — tərkibində karboksil qrupu olan üzvi turşulardır. Onlar (C(O)OH) quruluşuna malikdirlər. Bu turşuların ümumi formulu R-C(O)OH kimidir. Bu tur

Karbon turşuları

  • Ana Səhifə
  • Vikipediya
  • Karbon turşuları

Karbon turşuları — tərkibində karboksil qrupu olan üzvi turşulardır. Onlar (C(O)OH) quruluşuna malikdirlər. Bu turşuların ümumi formulu R-C(O)OH kimidir. Bu turşularda COOH miqdarına göre əsaslığı müəyyən olunur. Bundan başqa R radikalından asılı olaraq doymuşluğu təyin olunur.

Karbon turşusunun quruluşu

Mündəricat

Tarixi

Bəşəriyyətin ilk tanıdığı turşu yəqin ki, sirkə turşusu olmuşdur. O, məlumdur ki, çaxırın fermentativ qıcqırmasından alınır. XVIII əsrin axırlarında artıq limon, alma, süd, oksalat və s. turşular məlum idi. Ancaq onların quruluşunu 100 ildən sonra tapmışlar. Xüsusən onlara turşuluq xassəsini verən karboksil qrupunun olması müəyyənləşdirilmişdir. Karboksil qrupu alkil, alkenil və aril qrupu ilə rabitədə ola bilər. Sonradan müəyyənləşdirilmişdir ki, karboksil qrupu bir, iki və daha artıq sayda (birəsaslı, ikiəsaslı, üçəsaslı və s.) ola bilər.

Nümunələri və nomenklaturası

Karbon turşuları əsasən ümumi adlandırma və IUPAC nomenklatura ilə adlandırılır. Misal üçün ümumi adlandirma ilə formiat turşusu HCOOH, lakin IUPAC adlandırma ilə metan turşusu olaraq bilinir. İUPAC nomenklaturasına görə turşuları adlandırarkən üzərində karboksil qrupu olmaq şərtilə ən uzun karbohidrogen zənciri seçilir. Karbon atomların sayına uyğun olan alkanların adının sonuna "turşu" sözü əlavə edilir.

Turşuları adlandırmaq üçün daha çox trival nomenklaturadan istifadə edilir və əvəzləyicilər yunan əlifbası ilə nömrələnir.

Karboksilat rezonans quruluş
Karbon

atomları

Ümumi adıİUPAC adıFormul
1Qarışqa turşusuMetan turşusuHCOOH
2Sirkə turşusuEtan turşusuCH3COOH
3 Propion turşusu Propan turşusu CH3CH2COOH
4 Yağ turşusu Butan turşusu CH3(CH2)2COOH
5 Valerian turşusu Pentan turşusu CH3(CH2)3COOH
6 Kapron turşusu Heksan turşusu CH3(CH2)4COOH
7 Enant turşusu Heptan turşusu CH3(CH2)5COOH
8 Kapril turşusu Oktan turşusu CH3(CH2)6COOH
9 Pelarqon turşusu Nonan turşusu CH3(CH2)7COOH
10 Kaprin turşusu Dekan turşusu CH3(CH2)8COOH
16 Palmitin turşusu Heksadekan turşusu CH3(CH2)14COOH
18 Stearin turşusu Oktadekan turşusu CH3(CH2)16COOH

Karboksil radikalı

Karboksil radiklaı·COOH kiçik zaman daxilində mövcud olur. Bu zaman o dimerləşib oksalat turşusuna çevrilir. Bunu ise elektron paramaqnit rezonans ilə etmək mümkündür.

İkiəsaslı karbon turşuları

İkiəsaslı karbon turşularının hamısı bərk maddələrdir. Karbon zəncirində cüt sayda karbon atomu olan ikiəsaslı turşuların qaynama temperaturu tək sayda karbon atomu olan ikiəsaslı karbon turşularının qaynama temperaturundan yüksəkdir.

Alkandikarbon turşularının ilk nümayəndələri homoloqları suda yaxşı həll olur, lakin molekul kütləsinin artması ilə həllolma sürətlə azalır. Dinitrillərin və ya siankarbon turşularının hidrolizindən alınır. Dihalogenalkanların və ya -halogenkarbon turşularının kalium-sianidlə qarşılıqlı təsirindən dinitrillər və ya -sian karbon turşusu alına bilər, onların da hidrolizindən dikarbon turşusu alınır.

Oksalat (etan dikarbon) turşusu bir çox bitkilərin tərkibində vardır. O, kalsium-oksalat şəklində sidiklə ayrılır, patoloji halarda böyüklərdə kalsium-oksalat şəklində yığılır. Oksalat turşusu sənayedə natrium-formiatdan natrium-oksalat alınması mərhələsi ilə istehsal olunur. Laboratoriyada isə saxarozanın qatı nitrat turşusu ilə vanadium(V)oksidin katalitik iştirakı ilə oksidləşməsindən alınır.

Karbon

atomları

Ümumi adıİUPAC adıFormul
2Oksalat turşusuEtandion turşusuHOOCCOOH
3 Malon turşusu Propandion turşusu HOOCCH2COOH
4 Kəhrəba turşusu Butandion turşusu HOOC(CH2)2COOH
5 Pentandion turşusu HOOC(CH2)3COOH
6 Adipin turşusu Heksandion turşusu HOOC(CH2)4COOH

Karbon turşularının ümumi alınma üsulları

Ən çox yayılan və yüksək tonnajla istehsal olunan karbon turşuların alınması.

Sirkə turşusunun dünyada illik istehsalı 3 mln. tona çatır. Ondan əsasən həlledici kimi, məsələn, müxtəlif efirlərin, xüsusən asetat (sulu-emulsia, rənglərin, boyaqların, dərman boyaqların) efirlərin, sirkə anhidridinin (asetat kətanların, aspirin), xlorsirkə turşusunun (pestisidlər,2,4-D) alınmasında, yeyinti sənayesində (konservləşdirmədə) və s. istifadə edilir.

Sirkə turşusunun ən klassik alınma üsulu etanolun, etilenin, butanın oksidləşdirilməsi, asetilenin hidratlaşdırılması və metanolun karbonilləşdirilməsidir.

Qarışqa turşusunu ağacın quru distilləsindən və yaxud yüksək təzyiq və temperaturda karbon 2-oksidi natrium hidroksid məhlulundan buraxmaqla (Qoldşmitd reaksiyası) alırlar. qarışqa turşusu sirkə turşusuna nisbətən iyirmi dəfə az istehsal olunur. Ondan sənayedə efirlərin (həlledici, ətirli maddələrin), katalizatorların (Co, Ni karbonillərin), boyaq işlərində, konservləşdirilmədə antiseptik kimi, lak-boyaq materialların istehsalında və s. geniş tətbiq edilir.

Benzoy turşusu boyaqların sintezində, əczaçılıqda, ətirli maddələrin və polimer insiatorların alınmasında geniş istifadə edilir. Sənayedə benzoy turşusunu adətən toluolun oksidləşməsindən alırlar.

Həmçinin bax

  • Arndt-Eystert reaksiyası
  • Adipin turşusu
  • Asetilendikarbon turşusu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karbon turşuları haqqında məlumat. Karbon turşuları nədir? Karbon turşuları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    12 oktyabr

  • Fevral 27, 2026

    Afroterilər

  • Fevral 23, 2026

    27 oktyabr

  • Fevral 23, 2026

    Maldiv

  • Fevral 27, 2026

    Atçison

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst