Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Kapital Bank" — Azərbaycan Respublikasında fəaliyyət göstərən, fiziki və hüquqi şəxslərə bank xidmətləri təqdim edən kommersiya bankıdır. Bank 21 fevral 2000-c

Kapital Bank

  • Ana Səhifə
  • Vikipediya
  • Kapital Bank

"Kapital Bank" — Azərbaycan Respublikasında fəaliyyət göstərən, fiziki və hüquqi şəxslərə bank xidmətləri təqdim edən kommersiya bankıdır. Bank 21 fevral 2000-ci ildə Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUS Bank) adı ilə yaradılıb və 25 fevral tarixində dövlət qeydiyyatına alınıb, 29 dekabr 2004-cü ildə isə indiki adını alıb. Varislik hüququna istinadən bank öz tarixini 1874-cü ildən hesablayır. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 fevral 2000-ci il tarixli 244 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

Kapital Bank
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye bank
Təsis tarixi dövlət qeydiyyatı əsasında:
25 fevral 2000
hüquqi varislik əsasında:
24 iyul 1874
Baş qərargahın yeri
  • Azərbaycan Respublikası
  • Bakı
Struktur
İşçi sayı
  • 4.900 nəf.
kapitalbank.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hazırda "PAŞA Holding" MMC-nin tərkibinə daxildir və ölkənin bütün regionlarını əhatə edən geniş filial şəbəkəsinə malikdir.

Mündəricat

Tarix

"Kapital Bank"ın tarixi 24 iyul 1874-cü ildə Bakıda yaradılan əmanət kassası ilə başlayır. Bu kassalar Rusiya Dövlət Bankının Bakı şöbəsinin tərkibində fəaliyyət göstərib. Rəhbəri İvan Xandojevski olan şöbənin Uçot Komitəsinin üzvləri sırasında Hacı Zeynalabdin Tağıyev və digər tanınmış azərbaycanlılar yer alıb.

1919-cu ildə Azərbaycan Demokratik Respublikasının dövründə Azərbaycan Dövlət Bankı təsis edilib və əmanət kassalarının fəaliyyəti bərpa olunub. 1920-ci ildə ADR-in süqutundan sonra Azərbaycan İnqilab Komitəsinin qərarı ilə bank strukturları Azərbaycan Xalq Bankına birləşdirilib. 1924-cü ildə SSRİ Dövlət Bankının tərkibində Dövlət Əmək Əmanət Kassaları yaradılıb, 1988-ci ildə isə bu strukturlar SSRİ Əmanət Bankının Azərbaycan filialına çevrilib. 1992-ci ildə müstəqillik dövründə Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırılıb.

2000-ci ildə Əmanət Bankı, Aqrar-Sənaye Bankı və Sənaye-İnvestisiya Bankının birləşməsi ilə Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradılıb. 29 dekabr 2004-cü ildə BUSBank-ın adı dəyişdirilərək Kapital Bank adlandırılıb.

Sahibliyi və şəbəkə

Kapital Bank-ın əsas səhmdarı "Paşa Holdinq" MMC-dir (81,08%). Bankın nizamnamə kapitalı 265 milyon AZN təşkil edir. Ölkə üzrə 121 filialı, 52 şöbəsi ilə Kapital bank ən böyük xidmət şəbəkəsinə malikdir. Bankın açıqladığı məlumata əsasən, 7 milyondan artıq aktiv ödəniş kartı var.

Rəqəmsal bankçılıq

2018-ci ildə "Kapital Bank"ın rəqəmsal bankçılıq məhsulu olan "Birbank" mobil tətbiqi istifadəyə verilib. Bu tətbiq istifadəçilərə ödəniş, köçürmə, kredit, depozit də daxil olmaqla bir çox bank əməliyyatlarını onlayn şəkildə yerinə yetirmək imkanı yaradır. Bankın 2024-cü ildə açıqladığı məlumata əsasən Birbank mobil tətbiqinin 3 milyondan çox istifadəçisi var.

Bankın mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulan "Birbank Biznes" və fərdi müştərilər üçün nəzərdə tutulan "Birbank Private" bankçılıq xidmətləri də mövcuddur.

Beynəlxalq reytinqlər və mükafatlar

2025-ci ildə "Standard & Poor's" və "Moody's" agentlikləri tərəfindən Kapital Banka, müvafiq olaraq "BB-/B" və "Ba2" səviyyəsində reytinqlər verilib. Hər iki agentlik reytinq proqnozunu "pozitiv" kimi qiymətləndirib.

Bank 2025-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "Qeyri-neft sektoru üzrə vergi rekordçusu" nominasiyasında mükafata layiq görülüb. PAŞA Holding, eləcə də onun törəmə şirkətlərindən olan Kapital Bank bir neçə nominasiya üzrə mükafat əldə edib. Davamlı inkişaf və effektiv transformasiya" mövzusunda forum keçirilib.

Bank həmçinin Visa, "International Investor" onlayn jurnalı və digər beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Birbank Private layihəsi isə "Best Private Banking Azerbaijan" mükafatını qazanıb.

Sosial təşəbbüslər

Kapital Bank müxtəlif Korportaiv Sosial Məsuliyyət layihələrində iştirak edir. 2019-cu ildə bank əməkdaşlarının təşəbbüsü ilə uşaq evləri, sığınacaqlar və digər ehtiyacı olanlara yardım göstərmək üçün "Red Hearts" Fondu yaradılıb. Həmçinin, təhsilə dəstək məqsədilə müxtəlif proqramlar həyata keçirilir, o cümlədən, Respublika Fənn Olimpiadasının sponsorluğu, "Birbank" təqaüd proqramı və bullinqlə mübarizəyə dair maarifləndirici layihələr keçirilib.

Bank həmçinin ekologiya və sahibkarlığın inkişafı sahəsində təşəbbüslərdə iştirak edir.

İdarəetmə strukturu

Müşahidə Şurası

Bankın hazırkı Müşahidə Şurasının sədri Fərid Məmmədov, üzvləri isə Cəlal Qasımov, Aleksey Marey, Marqarita Koşman və Oqtay Həsənovdur.

İdarə Heyəti

Bankın İdarə Heyəti 7 üzvdən ibarətdir. İdarə Heyətinin sədri Fərid Hüseynov, üzvləri isə aşağıdakılardır:

  • Cavid Mirzəyev – baş pərakəndə biznes inzibatçısı
  • Emin Məmmədov – baş maliyyə inzibatçısı
  • Fərid Hidayətzadə – baş korporativ satış inzibatçısı
  • Fərqanə Məmmədova – insan kapitalı və təşkilati inkişaf üzrə baş inzibatçı
  • Kamal Abdullayev – baş komplayens inzibatçısı
  • Ağarza Baxşiyev – baş risk inzibatçısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kapital Bank haqqında məlumat. Kapital Bank nədir? Kapital Bank nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    72 (ədəd)

  • Fevral 27, 2026

    Olbani (Nyu-York)

  • Fevral 23, 2026

    Daily Mail

  • Fevral 27, 2026

    Fauna (mifologiya)

  • Fevral 27, 2026

    Qara gəndəlaş

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst