Kamo Ağacanyan (13 dekabr 1971, Edilli, Hadrut rayonu) — dövlət və hərbi xadim, general-leytenant, Birinci Qarabağ müharibəsi iştirakçısı, Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş polis rəisi (25 mart 2013 – 6 iyun 2018), Aprel döyüşləri iştirakçısı, Qondarma Daölıq Qarabağ Respubliksının təhlükəsizlik xidmətinin direktoru (29 may 2020 – dekabr 2020), İkinci Qarabağ müharibəsi iştirakçısı.
| Kamo Ağacanyan | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 13 dekabr 1971 (54 yaş) |
| Doğum yeri |
|
| Fəaliyyəti | hərbi qulluqçu |
| Hərbi xidmət | |
| Döyüşlər |
|
| Rütbəsi | |
| | |
| Təltifləri | |
Həyatı
1971-ci il dekabrın 13-də Edilli kəndində anadan olub. Azərbaycan Mənbələrinə görə atasının əsl adı Əkbər Kərimov, anası isə ermənidir. Onun Azərbaycan SSR dövründə orta məktəb sənədlərində soyadı "Kərimov" kimi qeyd edilib.
1989–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib. 1997-ci ildə Abovyan şəhərinin "Qriqor Narekatsi" Universitetinə daxil olmuş və 2001-ci ildə bitirmişdir.
1991-ci ildən könüllü olaraq Artsaxın azadlığı uğrunda mübarizəyə qoşulmuş, Edilli, Hadrut rayonu, Mardakert rayonu, Kəlbəcər rayonunun işğal edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycana qarşı fəal iştirak etmişdir.
1992-ci il fevralın 1-də Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələrinin Uxtadzor dəstəsinin komandiri, 1993-cü il fevralın 1-dən isə müdafiə bölgəsi komandirinin müavini, sonra isə komandir təyin edilib.
1994-cü il yanvarın 4-də döyüş əməliyyatları zamanı yaralanmış, sağaldıqdan sonra sıralarına qayıtmışdır.
2016-cı ilin 4 günlük, 2020-ci ilin 44 günlük müharibəsində Azərbaycana qarşı döyüşlərdə fəal iştirak edib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kamo ağacanyan sözünün mənası, kamo ağacanyan haqqında məlumat. kamo ağacanyan nədir? kamo ağacanyan nə deməkdir?
