Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Özüyeriyən artilleriya qurğuları təkərli v yuə ya paletli bir şassi üzərində başqa bir maşının çəkmə gücünə ehtiyac duymadan manevr qabiliyyəti olan topa deyili

Özüyeriyən artilleriya

  • Ana Səhifə
  • Vikipediya
  • Özüyeriyən artilleriya

Özüyeriyən artilleriya qurğuları təkərli v yuə ya paletli bir şassi üzərində başqa bir maşının çəkmə gücünə ehtiyac duymadan manevr qabiliyyəti olan topa deyilir.

Rusiya istehsalı 2S19 Msta-S özüyeriyən artilleriya qurğusu.

Əvvəllər özüyeriyən artilleriya qurğularının kateqoriyasına hücum topları və tank əleyhinə texnikalar da daxil edilirdi. Bu texnikalar əslində piyada qoşunlara atəş dəstəyi saxlamaq məqsədilə yaradılmış, lakin sonradan tank əleyhinə texnika kimi də istifadə olunmağa başlamışdır.

Hal-hazırda özüyeriyən artilleriya sistemləri tanka xarici görünüş cəhətdən bənzəsə də, daha incə zirehə sahib olduğuna görə yaxın döyüşlərdə istifadə edilmirlər. Sahib olduqları zireh texnikanın ekipajını yalnız yüngül atıcı silahların təsirindən və ya qəlpələrdən qoruya bilir. Bu maşınların əksəriyyətində piyada atəşinə qarşılıq vermək məqsədilə pulemyotdan istifadə edilir.

Bu silahların ən böyük üstünlüyü onları çəkən başqa bir maşına ehtiyac duymadan sürətli bir şəkildə döyüş yerinə gedə bilməsidir. Lakin topun atəş aça bilməsi üçün maşının dayanması və atəşə hazır vəziyyətə gətirilməsi lazımdır.

Artilleriyanın genişmiqyaslı döyüşlərdə istifadəsi piyada və tanklara dəstək ehtiyacı ilə əlaqədardır. Belə bir dəstək düşmən hücumunun tempini aşağı salmağa, bəzən dayandırmağa, yenidən qruplaşma keçirməyə və düşmənin müdafiə olunan mövqelərinə hücumu asanlaşdırmağa imkan verir.

Uzun müddət artilleriyanın daşınması və yerləşdirilməsi mürəkkəb bir proses hesab olunurdu. Adi güllələr, minaatan mərmiləri və qəlpələr texnikaya zərər vermədən belə ordunu artilleriya dəstəyindən məhrum edə bilirdi. Bu problemin həll edilməsi cəhdləri sonunda özüyeriyən artilleriya qurğularının yaranmasına səbəb oldu.

XX əsrin ikinci yarısında hazırlanan, maraqlı texniki xüsusiyyətlərə və effektiv atəş gücünə malik qurğuların döyüş qabiliyyəti və hərəkətlilik imkanları, onların bu günə qədər aktual qalmasına səbəb olub.

Həmçinin bax

  • 2S34 Xosta

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, özüyeriyən artilleriya sözünün mənası, özüyeriyən artilleriya haqqında məlumat. özüyeriyən artilleriya nədir? özüyeriyən artilleriya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Honqkonq

  • Mart 01, 2026

    Hydrophylloideae

  • Mart 06, 2026

    Şalva Qadabadze

  • Mart 06, 2026

    Babı-ali

  • Mart 06, 2026

    Apocynaceae

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst