Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

KFOR (ing. Kosovo Force) və ya digər adı ilə Kosovo Qüvvələri — NATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı

KFOR

  • Ana Səhifə
  • Vikipediya
  • KFOR

KFOR (ing. Kosovo Force) və ya digər adı ilə Kosovo Qüvvələri — NATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələr.

KFOR
Kosovo Force
Yaranma tarixi 1999 – davam edir
Ölkə 31 ölkə
Tabedir NATO
Qərargah Kosovo Kosovo Respublikası
jfcnaples.nato.int/kfor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KFOR 11 iyun 1999-cu ildə, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin qəbul edilməsindən iki gün sonra Kosovoya daxil oldu. Həmin vaxt Kosovo ərazisində Serbiya və Monteneqro qoşunları ilə Kosovo Azadlıq Ordusu arasında baş verən gündəlik toqquşmalar nəticəsində ağır humanitar böhran baş vermişdi. Bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşmüşdü.

Hal-hazırda KFOR tədricən öz məsuliyyətini Kosovo Polisi başda olmaqla yerli təhlükəsizlik orqanlarına ötürür. 23 may 2016-cı ilə olan məlumata görə KFOR sülhməramlı qoşunlarının tərkibində 4600 nəfər hərbçi xidmət edir.

Mündəricat

Məqsədləri

Burada NATO-nun ilkin vəzifələri aşağıdakılardan ibarət idi:

  • Yuqoslav və serb qoşunları tərəfindən Kosovoya qarşı baş verə biləcək istənilən təhdidin qarşısını almaq;
  • Kosovoda təhlükəsiz şərait yaratmaq və onu qoruyub saxlamaq;
  • Kosovo Azadlıq Ordusunu hərbsizləşdirmək;
  • Beynəlxalq humanitar yardıma dəstək vermək;
  • Beynəlxalq mülki iştirakı koordinasiya etmək və dəstəkləmək.

Hal-hazırda isə KFOR etnik mənsubiyyətindən asılı olmayaraq bütün mülki vətəndaşların təhlükəsizlik və sülh şəraitində yaşamağına dəstək olmaqla bərabər, beynəlxalq yardım, demokratiya və vətəndaş cəmiyyətinin tədricən inkişaf etməsinə kömək edir. KFOR-un əsas tapşırıqları aşağıdakı kimidir:

  • Müharibə nəticəsində öz yaşayış yerini tərk edən əhalinin geri qayıtmasına kömək etmək;
  • Yenidən qurma və minasızlaşdırma fəaliyyətinin təşkili;
  • Tibbi yardım;
  • Təhlükəsizlik və ictimai asayişi təmin etmək;
  • Etnik azlıqlar arasında təhlükəsizliyi təşkil etmək;
  • Sərhəd təhlükəsizliyi;
  • Sərhəd keçməklə silah qaçaqçılığına qarşı mübarizə aparmaq;
  • Bütün Kosovo ərazisində silahların, mərmilərin və partlayıcı maddələrin amnistiyası proqramının tətbiqi;
  • Silahların məhv edilməsi;
  • Mülki institutların, hüquq-mühafizə, konstitusiya və cəza sistemi, həmçinin siyasi, iqtisadi və sosial həyatın müxtəlif aspektlərinin yaradılmasına dəstək göstərmək.

KFOR sülhməramlı qoşunları Kosovonun statusu məsələsi tam şəkildə həll olunana qədər fəaliyyət göstərməyə davam edəcək.

Həmçinin bax

  • Kosovo
  • Kosovo müharibəsi
  • Yuqoslaviya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kfor sözünün mənası, kfor haqqında məlumat. kfor nədir? kfor nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 20, 2026

    Bağışlanma

  • Fevral 26, 2026

    Ölçü vahidləri

  • Mart 06, 2026

    Əbdülxalıq Cənnəti

  • Mart 06, 2026

    Milena Yesenka

  • Mart 01, 2026

    Tahir Budaqov

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst