Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

K-9 Thunder Cənubi Koreya istehsalı özüyeriyən artilleriya qurğusudur. Bu artilleriya qurğusu Cənubi Koreya Silahlı Qüvvələrində istismar olunan K-55 artilleriy

K-9 Thunder

  • Ana Səhifə
  • Vikipediya
  • K-9 Thunder

K-9 Thunder Cənubi Koreya istehsalı özüyeriyən artilleriya qurğusudur. Bu artilleriya qurğusu Cənubi Koreya Silahlı Qüvvələrində istismar olunan K-55 artilleriya sistemini əvəz etmək məqsədilə hazırlanmışdır. K-9 haubitsası K-10 avtomatik mərmi təchizat maşını ilə birlikdə fəaliyyət göstərir.

K-9 Thunder
Tipi Özüyeriyən artilleriya
Ölkə
  •  Cənubi Koreya
İstismar tarixçəsi
İstismar illəri 1999 – davam edir
İstismara başlanması 1999
İstehsal tarixçəsi
Konstruktor Samsung Techwin
Yaranma tarixi 1989–1998
İstehsalçı Hanwha Techwin (keçmiş Samsung Techwin)
İstehsal illəri 1999–davam edir
Variantları K-10
Xüsusiyyətləri
Ağırlığı 47 ton
Sürət 67 km/s
Güc nisbəti 21 ag/ton
Əsas silah 155 mm yivli top
Köməkçi silah 12.7 mm K6 HMG
Uzunluğu 12 m
Eni 3.4 m
Hündürlüyü 2.73 m
Ekipaj 5 (Komandir, sürücü, topçu, 2 nəfər yükləyici)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İxrac

İlk dəfə texnologiya transferi Türkiyəyə həyata keçirilmiş və 2004-cü ildən etibarən T-155 Fırtına adı ilə lisenziya altında istehsal olunmağa başlamışdır. Bu texnologiya transferi qarşılığında Türkiyə Cənubi Koreyaya 1 milyard ABŞ dolları ödəmişdir. Türkiyə 2011-ci ilə qədər 300 ədəd Fırtına istehsal etməyi planlaşdırmışdır.

2015-ci ilin sentyabrında "Larsen və Toubro" konqlomeratı Hindistan ordusunu 100 ədəd K-9 haubitsası ilə təmin etmək üçün 800 milyon $ dəyərində müqavilə imzalamışdır. Hindistan üçün istehsal olunmuş K-9 Vajra-T xüsusilə ölkənin Pakistanla sərhəd ərazilərində səhra şəraitində istifadə üçün nəzərdə tutulmuşdur.

2016-cı ilin iyulunda Finlandiya müdafiə naziri açıqlanmayan sayda K-9 haubitsasının alınması məqsədilə Cənubi Koreya ilə danışıqların davam etdiyini açıqlamışdır. 2017-ci ilin fevralında isə ölkənin müdafiə naziri növbəti açıqlamasında 2017-ci ildən başlayaraq yeddi il ərzində Finlandiyanın 48 ədəd K-9 alacağını bildirmişdir.

Norveç və Estoniya da K-9-ların alınmasının qərara alındığını bildirmişdir. Norveçlə Koreya arasında satınalma haqqında müqavilənin 2017-ci ilin ortalarında imzalanacağı gözlənilir. Bir sıra digər mənbələrə istinadən yayılan xəbərlərə görə Estoniyanın Finlandiyadan 12 ədəd K-9 alacağı gözlənilir.

Variantları

  • XK-9: Prototip.
  • K-9: İlk istehsal variantı.
  • K-9 VAJRA-T: Hindistan üçün nəzərdə tutulmuş variant.
  • K9FIN Moukari: Finlandiya üçün nəzərdə tutulmuş variant.
  • K-10: Mərmi təchizat maşını. (K-9 şassisi üzərində hazırlanmışdır)

İstifadəçiləri

K-9 istifadəçiləri.

Hazırkı istifadəçilər

  • Finlandiya Finlandiya: 48 ədəd. Çatdırılmasına 2017-ci ildən etibarən başlanılacaq.
  • Hindistan Hindistan: 100 ədəd. "Larsen və Toubro" şirkəti tərəfindən Hindistan Silahlı Qüvvələri üçün istehsal olunmuşdur.
  • Cənubi Koreya Cənubi Koreya: 1,136 ədəd K-9 və 179 ədəd K-10.
  • Polşa Polşa: 120 ədəd. AHS Krab proqramı çərçivəsində istehsal olunacaq.
  • Türkiyə Türkiyə
  • Estoniya Estoniya: 24 + 12 (2026-cı ilə qədər təhvil verilləcək)

Potensial istifadəçilər

  • Norveç Norveç: Norveçin hazırda silahlanmada olan M109-ları K-9 haubitsaları ilə əvəz edəcəyi gözlənilir.

Həmçinin bax

  • Özüyeriyən artilleriya
  • 2S19 Msta-S
  • T-155 Fırtına

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, k-9 thunder sözünün mənası, k-9 thunder haqqında məlumat. k-9 thunder nədir? k-9 thunder nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Kering

  • Mart 01, 2026

    140 (ədəd)

  • Fevral 27, 2026

    Larri Peyc

  • Fevral 23, 2026

    Eugnathostomata

  • Mart 02, 2026

    Xavər Vəliyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst