Kənan Əlihüseyn oğlu Seyidov (23 dekabr 1974, Bəhrəmtəpə, İmişli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı (2025), Vətən Müharibəsi Qəhrəmanı (2020), Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordu komandanı (2024-cü ildən), Quru Qoşunlarının 5-ci Ordu Korpusunun komandiri (2021–2024), Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini — qərargah rəisi (2020–2021).
| Kənan Seyidov | |
|---|---|
| |
Vəzifədədir | |
| 10 iyul 2024-cü ildən | |
| Nazir | Zakir Həsənov |
| Əvvəlki | Kərəm Mustafayev |
| 23 iyul 2021 – 10 iyul 2024 | |
| 2020 – 23 iyun 2021 | |
| Komandan | Hikmət Mirzəyev |
| Sonrakı | Zaur Cavanşir |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 23 dekabr 1974 (51 yaş) |
| Doğum yeri |
|
| Hərbi xidmət | |
| Mənsubiyyəti | Müdafiə Nazirliyi |
| Qoşun növü | Quru Qoşunları |
| Döyüşlər | • Aprel döyüşləri • İkinci Qarabağ müharibəsi
|
| Rütbəsi | General-leytenant |
| | |
| Təltifləri | |
Həyatı
Seyidov Kənan Əlhüseyn oğlu 1974-cü il dekabr ayının 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində doğulub. O, 1981–1992-ci illərdə İmişli rayonunun Bəhrəmtəpə orta məktəbində təhsil almışdır. 1992-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olan Kənan Seyidov 1993-cü ildə Qarabağ müharibəsində iştirak etmiş, 1994-cü ildən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsilini davam etdirmiş və həmin ildə məktəbi vaxtından əvvəl bitirərək yenidən Qarabağ müharibəsinə qatılmışdır. O, 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin qiyabi şöbəsinə daxil olub, 2005-ci ildə həmin unversiteti hüqüqşünas ixtisası ilə bitirib. 2005–2007-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil almışdır.
Hərbi xidməti
Kənan Seyidov uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 24 iyun 2003-cü ildə "Azərbaycan Bayrağı" ordeni ilə, 24 iyun 2014-cü ildə "Vətən uğrunda" medalı ilə təltif edilib. 2016-cı ilin 2–5 aprelində Azərbaycan–Ermənistan arasında baş verən silahlı toqquşma zamanı fərqlənib, 20 aprel 2016-cı ildə "İgidliyə görə" medalı ilə təltif edilib.
Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsinə təyin olunub. 2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Kənan Seyidov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib. O həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
23 iyun 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsindən azad edilib və 5-ci Ordu Korpusunun Komandiri vəzifəsinə təyin edilib.
5-ci Ordu Korpusunun Komandiri olduğu müddətdə — noyabr 2021-ci ildə, aprel 2023-cü ildə və may 2023-cü ildə Azərbaycan–Ermənistan sərhədində baş verən silahlı toqquşmaların həllində rol oynayıb. 2021-ci ilin iyununda 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 2023-cü ilin noyabrında isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
2024-cü il iyulun 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordu komandanı təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Kənan Seyidova general-mayor, 7 noyabr 2025-ci il tarixli Sərəncamı ilə general-leytenant ali hərbi rütbələri verilib.
Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı yubiley medalları ilə təltif olunub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kənan seyidov sözünün mənası, kənan seyidov haqqında məlumat. kənan seyidov nədir? kənan seyidov nə deməkdir?
