Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jorje Amadu (port. Jorge Leal Amado de Fariа; 10 avqust 1912[…] – 6 avqust 2001[…], Salvador) — Braziliya yazıçısı, ictimai-siyasi xadimi, modernist məktəbin nü

Jorje Amadu

  • Ana Səhifə
  • Vikipediya
  • Jorje Amadu

Jorje Amadu (port. Jorge Leal Amado de Fariа; 10 avqust 1912[…] – 6 avqust 2001[…], Salvador) — Braziliya yazıçısı, ictimai-siyasi xadimi, modernist məktəbin nümayəndəsi.

Jorji Amadu
br-port. Jorge Leal Amado de Faria
Doğum adı Jorji Leal Amadu di Fariya
Doğum tarixi 10 avqust 1912(1912-08-10)[…]
Vəfat tarixi 6 avqust 2001(2001-08-06)[…] (88 yaşında)
Vəfat yeri
  • Salvador, Baiya, Braziliya
Vəfat səbəbi ürək dayanması[d]
Fəaliyyəti yazıçı, jurnalist, şair, romançı, siyasətçi
Fəaliyyət illəri 1931-ci ildən
Əsərlərinin dili Braziliya portuqal dili
İstiqamət modernizm
Üzvlüyü
  • Berlin İncəsənət Akademiyası[d]
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Grand Officer of the Order of Prince Henry — 1986 Grand Officer of the Military Order of Saint James of the Sword — 1980 Grand Cross of the Order of Cultural Merit (Brazil) — 2012 Commander of the Order of Cultural Merit (Brazil) — 1995
"Lenin" sülh mükafatı "Stalin" sülh mükafatı
İmza
jorgeamado.com.br
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Jorje Amadu 1912-ci il avqustun 10-da Brazilyanın Baiya ştatının İtabuna qəsəbəsində, xırda kakao plantatorunun ailəsində dünyaya gəlmişdir. Braziliya Kommunist Partiyasının aparıcı simalarından biri kimi tanınmış, 1956-cı ildə Braziliya Milli Konqresinə deputat seçilsə də, iki il sonra ölkədə Kommunist partiyasının fəaliyyəti qadağan edildiyindən sürgün edilmişdir. XX əsrin 30-cu illərində kommunist partiyasının rəhbərlik etdiyi milli azadlıq alyansının mübarizəsində iştirak etmişdir. 1948–52-ci illər arası o, Fransa və Çexoslovakiyada yaşamağa məcbur olmuş, həmin illərdə Jorje Amadu Şərqi və Qərbi Avropa, eləcə də Asiya və Afrika ölkələrinə səyahət etmişdir. P. Pikasso, P. Elyuar, P. Neruda kimi mədəniyyət xadimləri ilə görüşən və 1952-ci ildən sonra, vətənə qayıdan Amadu ömrünü yaradıcılığa həsr etmişdir. Dünya Sülh Şurasının üzvü olan Jorje Amadu 1951-ci ildə "Beynəlxalq Stalin Sülh" mükafatına, 1984-cü ildə isə Fransanın "Fəxri Legion" ordeninə layiq görülmüşdür.

Yaradıcılığı

Jorje Amadu yaradıcılığa 14 yaşından başlamış, 1931-ci ildən isə mətbuatda öz imzası ilə tanınmışdır. İlk romanı "Karnaval ölkəsi"dir (1931). Onun ilk romanlarında ictima mövzular üstünlük təşkil edirdi. "Kakao" (1933), "Tər" (1934), "Ölü dəniz" (1936), "Qum kapitanları" (1937) romanlarında melodramatizm, məişət təsviri mühüm yer tutur. 1937-ci ildə həbs olunmuş sonra, mühacirət etmişdir. Mühacirətdə olarkən "Ucsuz-bucaqsız torpaqlar" (1943), "San Jorje dos İlheus" (1944), "Qırmızı cücərti" (1946) romanlarını yazmışdır. Braziliyaya qayıtdıqdan sonra "Sülh dünyası" (1950) və "Gizli azadlıq" (1952) kitablarını çap etdirmişdir. "Qabriela, mixək və darçın" (1958), "Qoca dənizçilər" (1961), "Gecə keşişləri" (1964), "Möcüzələr köşkü" (1969), "Böyük tələ" (1983) və s. romanların müəllifidir. "Su Kinkasın qeyri-adi ölümü" satirik povesti, bir sıra şeirləri Azərbaycan dilinə tərcümə edilmişdir.

1950-ci illərin axırlarından öz əsərlərinə mistik fantastika elementlərini daxil edərək, sürrealizm ədəbi cərəyanının ən parlaq nümayəndələrindən birinə çevrilmişdir. O, həm də "Nəhayətsiz torpaqlar" (1942), "Gecə keşişləri" (1964), "Dona Flor və onun iki əri" (1966), "Möcüzələr dükanı" (1969), "Müharibə etməkdən yorulmuş Tereza Batista" (1972), "Pusqu" (1984) kimi əsərlərin də müəllifidir. Yazıçının indiyə kimi əsərləri 49 dildə, 55 ölkədə çap olunmuşdur. 1987-ci ildə Salvador şəhərində Jorje Amadu Fondu yaradıldı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Jorje Amadu haqqında məlumat. Jorje Amadu nədir? Jorje Amadu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kvetera

  • Fevral 27, 2026

    Donor

  • Fevral 27, 2026

    Hüceyrə nüvəsi

  • Fevral 27, 2026

    Adına günü

  • Fevral 27, 2026

    Psixoterapiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst