Kvetera (gürc. კვეტერა) — Gürcüstanın Kaxetiya ölkəsində Axmeta bələdiyyəsi ərazisində tarixi qala-şəhər və kilsə.
| Kvetera | |
|---|---|
| კვეტერა | |
| |
| Ölkə | |
| Yerləşir | Axmeta |
| Tikilmə tarixi | X əsr |
| 42°03′22″ şm. e. 45°05′58″ ş. u.HGYO | |
![]() | |
1968-ci ildə qala ərazisində arxieloji qazıntılar aparılmış və burada Orta əsrlərə aid xeyli keramika nümunələri tapılmışdır.
2007-ci ildən UNESCO-nun beynəlxalq irs siyahısına daxil edilib.

Qaladakı Kvetera kilsəsi X əsrin ikinci yarısında tikilib. Bu gürcü arxitekturası stilində çox da böyük olmayan kilsədir və üstü günbəzlə örtülüb.
Kvetera şəhəri Kaxeti knyazlığının siyasi-dini mərkəzlərindən biri idi. Vaxuşti Baqrationiyə görə Kveteranın əsası ən geci VIII əsrdə qoyulub , bu şəhər XI əsr yazılı sənədlərində xatırlanır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kvetera haqqında məlumat. Kvetera nədir? Kvetera nə deməkdir?
