Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Szyansi (çin. 江西省) – Çinin cənub hissəsində vilayətdir. Jiangxi vilayətinin şimalında Xubei və Anhoy vilayətləri, şərqində Zhejianq və Fucyen vilayətləri, qərbi

Jianqxi

  • Ana Səhifə
  • Vikipediya
  • Jianqxi

Szyansi (çin. 江西省) – Çinin cənub hissəsində vilayətdir. Jiangxi vilayətinin şimalında Xubei və Anhoy vilayətləri, şərqində Zhejianq və Fucyen vilayətləri, qərbində isə Xunan vilayəti yerləşmişdir. İdarə mərkəzi Nançanq şəhəridir.

Vilayət
Szyansi vilayəti
çin. 江西省

27°18′ şm. e. 116°00′ ş. u.HGYO


Ölkə Çin
İnzibati mərkəz Nançan
Tarixi və coğrafiyası
Sahəsi 166.900 km² (18-ci-ci yer)
Saat qurşağı
  • UTC+08:00
Əhalisi
Əhalisi 45.200.000 nəfər (2013) (13-cü-ci yer)
Etnik tərkib %99.7 Xan xalqı
Rəqəmsal identifikatorlar
ISO kodu CN-JX
Rəsmi sayt
Szyansi vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

Szyansi b.e.ə. 770-ci ildən buyana müxtəlif dövürlərdə müxtəlif sülalələr tərəfindən idarə edildi. Tzin sülaləsi hakimiyyəti illərində (1644-1911/12) böyük üsyanlara və müharibələrə şahidlik etdi. 1926-cı ildə Çan Kayşiin Homindan partiyasının ordusu vilayətin idarəsini ələ aldı. Çan Kayşilə kommunistlər arasındakı ittifak müqaviləsi qeyri rəsmi sayılandan sonra Çindəki iktidar münaqişəsi Szyansi vilayəti böyük təsir göstərdi. 1938-45-ci illər Çin-yapon müharibəsi (1937—1945) dövründə Szyansi vilayəti Yapon ordusu tərəfindən işğal olundu. Amma 1949-cu ildə kommunist orduları tərəfindən işğaldan azad edildi.

Əhali

Əsrlərcə Şimal Çindən gələn Xan xalqı Szyansi vilayətinin əhalisinin əsasını təşkil edir. Ən çox danışılan dillərdən olan Mandarin dilinin aşağı Yanszı dialekti ilə danışırlar. Vilayətin əhalisinin az hissəsini təşkil edən Meolar və Yaolardan başqa az sayda Müsəlmanlar yaşayır.

Din

Szyansi vilayətinin əhalisinin dini
Din Faiz
Yerli dinlər və başqaları
  
73,64%
Öz babalarına sitayiş
  
24.05%
Xristianlıq
  
2.31%

2007 və 2009-cu illərdə aparılan statistikaya görə Szyansi vilayətinin əhalisinin çoxu Çinin qədim dinlərinə, 24.05% öz ulu babalarına sitayiş edir. 2.31% dini isə Xristianlıqdır.

  • Shanqdi - Chenqxu məbədi
    Shanqdi - Chenqxu məbədi
  • Nançanq - Youmin məbədi
    Nançanq - Youmin məbədi

Coğrafiya

Szyansi vilayətinin cənubunda Poyan gölü şimalında isə Yanszı çayına tərəf axan Qan çayı yerləşmişdir. Vilayətin sərhədlərində ucalan sıra dağlar və təpələr vardır. Şimal-şərqdə Huaiyu dağları, şərqdə Vuyi dağları, cənubda Jinlian dağları və Dayu dağları, qərbdə Zhuquanq, Vanyanq, Yunxiao, Vuglonq ve Jinlinq dağları, şimal-şərqdə də Mufou və Lu dağları yerləşmişdir. Xususilə Xunan vilayəti ilə əlaqə qurmaq üçün sıra dağlarda koridorlar vardır.

İqlim

Szyansi vilayəti subtropik iqlimdə yerləşdiyinə görə yay ayları isti və quraq, qış ayları isə soyuq və rütubətli keçir. Qış ayları ilə əlaqəli torpaqlar məhsulu 10-11 aya verir. Vilayətdə qış aylarında yağıntının miqdarı digər aylara nisbətən çox olur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Jianqxi haqqında məlumat. Jianqxi nədir? Jianqxi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ceratosaurus

  • Fevral 27, 2026

    Lyon

  • Fevral 27, 2026

    Əbülqasım Firdovsi

  • Fevral 27, 2026

    Kamera musiqisi

  • Fevral 27, 2026

    Qar xətti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst