Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Hakəm və ya Hakəm ibn Haşim ibn Əbdürrəhman (ərəb. الحكم بن هشام بن عبد الرحمن‎; 771[…], Kordova, Əndəlüs – 21 may 822[…], Kordova, Əndəlüs) — 3-cü Kordova əm

I Hakəm

  • Ana Səhifə
  • Vikipediya
  • I Hakəm

I Hakəm və ya Hakəm ibn Haşim ibn Əbdürrəhman (ərəb. الحكم بن هشام بن عبد الرحمن‎; 771[…], Kordova, Əndəlüs – 21 may 822[…], Kordova, Əndəlüs) — 3-cü Kordova əmiri.

I Hakəm ibn Haşim
ərəb. الحكم بن هشام بن عبد الرحمن الداخل‎
I Hakəm adına kəsilən sikkə
I Hakəm adına kəsilən sikkə
3. Kordova əmiri
(ləqəbi: Rabazi)
ƏvvəlkiI Hişam
SonrakıII Əbdürrəhman
Şəxsi məlumatlar
Doğum tarixi 771
Doğum yeri Kordova, Əndəlüs Əməvi əmirliyi
Vəfat tarixi 21 may 822 (50–51 yaşında)
Vəfat yeri Kordova, Əndəlüs Əməvi əmirliyi
Fəaliyyəti siyasətçi, kral, qubernator
Atası I Hişam
Anası Zühruf
Uşaqları II Əbdürrəhman
Əl-Muqirə
Səid əl-Xeyr
Üməyya
Əl-Valid
Əbdülmalik
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Hakəm ibn Hişam 771-ci ildə Kordovada dünyaya gəldi. Atası Əndəlüs əmiri I Hişam, anası isə onun ispan əsilli cariyəsi Zührufdur. Atasının vəfatının ardından 17 aprel 796-cı ildə taxta çıxdı. Səltənəti dönəmi bir çox iğtişaş və üsyanlarla keçdi. Üzləşdiyi ilk problem atasının dönəmində şimali Afrikaya sürgün edilən əmiləri Süleyman və Abdullahın taxt iddiasıyla Əndəlüsə geri dönmələri oldu. Kiçik əmisi Abdullah, Übeydullah və Əbdülməlik adlı 2 oğluyla birlikdə Frank kralı Böyük Karla sığınsa da, aparılan danışıqlıqlarla külli miqdarda qızıl və hədiyyə alıb Valensiyada qalmağa razı oldular. Kordova qalasına hücum edən böyük əmisi Süleyman isə məğlub edildi və Merida yaxınlığında ələ keçirilərək edam olundu.

Əmir Hakəm daha sonra bərbər tayfalarının və xüsusilə də, sonradan müsəlman olan yerli əhalinin Toledo, Saraqossa, Merida və Kordova kimi böyük şəhərlərdəki üsyanlarıyla məşğul oldu. Toledoda ayaqlanan üsyançılar mərkəzi hakimiyyəti təmsil edən ərəb valini ələ keçirib şəhərdən qovdular (797). Bu üsyanda ərəb əsgərlərinin yerli əhali üzərindəki basqıları və keçmişdə vestqotların paytaxtı olan Toledodakı əsilzadə ailələrin şəhəri özlərinin idarə etmək istəmələri mühüm rol oynadı. Əmir Hakəmin şəhərə təyin etdiyi yeni vali Əmrus ibn Yusif, təşkil etdiyi bir məclisdə üsyan başçılarının bir çoxunu hiyləylə qətlə yetirdi və beləcə üsyan yatırıldı (807). Ancaq əmirin bu hərəkəti şəhərdəki yerli əhalinin ərəblərə qarşı etimadsızlığını daha da artırdı və Toledo bu üsyanların mərkəzinə çevrildi. 814-cü ildə üsyançıların gözünü qorxutmaq məqsədilə bölgəyə gələn Əmir Hakəmin əmriylə şəhərin böyük hissəsi yandırılıb xarabalığa çevrildi.

Toledonun ardından Kordovada da mühüm üsyanlar başladı. Atasının üləma zümrəsinə önəm verməsi onlara dövlət idarəsində söz sahibliyi vermişdi. Buna baxmayaraq Əmir Hakəm dini vəzifələrini yerinə yetirmir, xalqdan uzaq həyat tərzi yaşayır və üləma zümrəsinin nüfuzunu azaltmağa çalışırdı. Başda üləma zümrəsi olmaqla, mövcud vəziyyətdən narazı olanlar Əmir Hakəmi taxtdan endirməyə cəhd etsələr də, bu cəhd uğursuz oldu. Aralarında mühüm Maliki alimlərinin də olduğu 72 nəfər edam edildi (805). Üləmanın ayaqlandırdığı əhali məscidlərin önündə toplaşaraq əmiri açıq şəkildə təqsirləndirirdilər. Üstəlik Kordovanın kənar məhəllələrini, xüsusilə də Rabaz məhəlləsini darmadağın edən sel fəlakətinin ardından Əmir Hakəmin yeni vergilər təyin etməsi şəhər əhalisinin etirazlarını daha da artırdı (817). Əmir Hakəm evləri və dükanları yandıraraq bu ayaqlanmanı da sərt şəkildə aradan qaldırdı. Saray mühafizəçilərinin 3 gün davam edən zülmündən sonra üsyan edən məhəllə sakinləri şəhərdən sürgün edildi. Bu səbəblə Əmir Hakəm Rabazi ləqəbi aldı.

Digər yandan Merida və Saraqossa kimi mühüm şəhərlərdə də üsyanlar başladı. 806-cı ildə bərbərlər tərəfindən başlayan və bəzən yerli müsəlmanların da qatıldığı Merida üsyanı 7 il sonra yatırıla bildi. Ərəb tayfalarının zülmü səbəbilə ayaqlanan Saraqossa əhalisi də 802-ci ildə üsyan rəhbərinin edam edilməsiylə yatırıldı. Əmir Hakəmin aldığı sərt tədbirlərlə bu üsyanlar tamamilə yatırıldı və ölkədə əmin-amanlıq təmin edildi. Buna baxmayaraq daxildəki ayaqlanmalar şimaldakı xristian krallarını cəsarətləndirmişdi. Bundan faydalanan franklar 801-ci ildə Barselona şəhərini işğal etdilər. 809-cu ildə Tortosa şəhərinə hücum etsələr də, şəhəri ələ keçirə bilmədilər.

Əmir Hakəm xarakter olaraq son dərəcə sərt, dini vəzifələrinə laqeyd, ədalətli bir hökmdar idi. Əndəlüs Əməvi hökmdarları arasında ilk dəfə orduya pullu əsgər toplayan, hərbçi yönüylə yanaşı şair də olan Əmir Hakəm 21 may 822-ci ildə vəfat etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Hakəm haqqında məlumat. I Hakəm nədir? I Hakəm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sciuromorpha

  • Fevral 27, 2026

    76 (ədəd)

  • Fevral 27, 2026

    Meri Pikford

  • Fevral 27, 2026

    Henicopernis longicauda

  • Fevral 21, 2026

    Kanada

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst