Əfrin və ya Afrin (ərəb. عفرين, kürd. Efrîn) — Suriyanın şimal-qərbində, Hələb mühafəzəsində şəhər.
| Əfrin | |
|---|---|
| |
| 36°30′43″ şm. e. 36°52′10″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 270 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Əfrin | |
Əfrin mühafəzənin şimal-qərbində, Əfrin çayının sahillərində, dəniz səviyyəsindən 215 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Əfrindən 38 kilometrlik məsafədə yerləşir.
1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 11.914 insan yaşayırdı. 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 54.451 nəfər idi. Şəhər əhalisinin əksəriyyəti kürdlərdir.
Roma imperiyası dövründə bu ərazidən keçən ilk yol tikilmişdir. Osmanlı dövründə Əfrində karvansara mövcud idi.. Suriya vətəndaş müharibəsinin əvvəlindən şəhər kürd hərbi dəstələrinin nəzarəti altında idi. 2018-ci ilin yanvarında Zeytun budağı əməliyyatı nəticəsində şəhər türk hərbi qüvvələri və Azad Suriya Ordusunun nəzarətinə keçmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əfrin haqqında məlumat. Əfrin nədir? Əfrin nə deməkdir?

