Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

II Simeon (bolq. Симеон II) və ya Simeon Borisov Sakskoburqqotski (bolq. Симеон Борисов Сакскобургготски, alm. Simeon von Sachsen-Coburg und Gotha‎; 16 iyun 193

II Simeon

  • Ana Səhifə
  • Vikipediya
  • II Simeon

II Simeon (bolq. Симеон II) və ya Simeon Borisov Sakskoburqqotski (bolq. Симеон Борисов Сакскобургготски, alm. Simeon von Sachsen-Coburg und Gotha‎; 16 iyun 1937, Sofiya, Bolqarıstan çarlığı) — Bolqarıstan dövlət və siyasi xadimi, 1943–1946-cı illərdə Saksen-Koburq-Qota sülaləsindən Bolqarıstanın sonuncu çarı, 24 iyul 2001-ci ildən 17 avqust 2005-ci ilə qədər Bolqarıstanın baş naziri, 2009-cu ilə qədər Sabitlik və Yüksəliş üçün Milli Hərəkatın sədri və lideri. II Simeon "çar" titulunu daşıyan sonuncu monarx, eləcə də sonuncu slavyan monarxı olmuşdur. Yunanıstanın sonuncu kralı II Konstantin 10 yanvar 2023-cü ildə vəfat etdikdən sonra o, sonuncu pravoslav monarx olaraq qalmışdır.

Simeon ll
Rey De Bulgaria
Bolqarıstanın Baş naziri
24 iyul 2001 – 17 avqust 2005
Şəxsi məlumatlar
Doğum tarixi 16 iyun 1937(1937-06-16) (88 yaş)
Doğum yeri
  • Sofiya, Bolqarıstan çarlığı
Fəaliyyəti siyasətçi
Atası III Boris
Dini Bolqar Pravoslav Kilsəsi, şərqi ortodoks xristianlıq

Təltifləri Order of Saint John Knight Grand Cross of the Order of Leopold II "Xilaskar" ordeni Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus Knight of the Order of the Golden Fleece — 2004 "Fəxri legion" ordeninin böyük xaçı "Fəxri legion" ordeninin böyük zabit dərəcəsi "Stara Planina" ordeni Order of Saints Cyril and Methodius Equal-to-apostles Order of Bravery "Müqəddəs Aleksandr" ordeni Knight of the Order of the Most Holy Annunciation Order of Independence "İtaliya tacı" ordeninin böyük xaçı
İmzanın şəkli
kingsimeon.bg
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, hazırkı Dalay Lama ilə birlikdə İkinci Dünya müharibəsi zamanı dövlət başçısı olmuş iki yaşayan şəxsdən biridir.

Mündəricat

Erkən həyatı

Simeon Bolqarıstan çarı III Boris və İtaliya şahzadəsi Savoylu Covannanın ailəsində anadan olmuşdur. Onun anadan olmasından sonra III Boris pravoslav inancına əsasən Simeonun vəftiz edilməsi üçün su toplamaq məqsədilə İordan çayına bir hava qüvvələri zabitini göndərmişdir. 28 avqust 1943-cü ildə Adolf Hitler ilə görüşdən Bolqarıstana yenicə qayıdan atasının ölümündən sonra taxt-taca keçməsi nəzərdə tutulmuşdu. Bundan sonra bütün Bolqarıstanda çarın ağır müharibə dövründə milli ruhu qorumaq üçün adı ilə kütləvi informasiya kampaniyasına start verilmişdir. Simeonun altı yaşı olduğuna görə onun əmisi şahzadə Kirill, baş nazir Boqdan Filov və Bolqarıstan ordusunun general-leytenantı Nikola Mixov regent təyin edilmişdir.

Atasının hakimiyyəti dövründə Bolqarıstan İkinci Dünya müharibəsində Ox dövlətlərinə qoşulmuşdu, lakin Sovet İttifaqı ilə diplomatik münasibətləri saxlamağa nail olmuşdur. Hər halda, 5 sentyabr 1944-cü ildə Stalin Bolqarıstana müharibə elan etmiş və üç gün sonra Qızıl Ordu demək olar müqavimətsiz ölkəyə daxil olmuşdur. Ertəsi gün, 9 sentyabr 1944-cü ildə şahzadə Kirill və digər regentlər SSRİ tərəfindən dəstəklənən dövlət çevrilişi nəticəsində devrilmiş və həbs olunmuşdur. Üç regent, son üç hökumətin bütün üzvləri, parlament deputatları, ordu başçıları və görkəmli jurnalistlər 1945-ci ilin fevralında kommunistlər tərəfindən edam edilmişdir.

Çariça Covanna, Simeon və bacısı Mariya Luiza Sofiya yaxınlığındakı Vrana sarayında qalmışdılar. Simeon üçün hamısı kommunist olan üç yeni regent – Todor Pavlov, Venelin Qanev və Tsvyatko Boboşevski təyin edilmişdir. 15 sentyabr 1946-cı ildə SSRİ ordusunun iştirakı ilə referendum keçirilmişdir. Referendumun nəticələrinə uyğun olaraq səslərin 95,6%-i respublikanın təsdiqlənməsi və monarxiyanın ləğvini dəstəkləmişdir. Bu referendum faktiki olaraq Tırnovo konstitusiyasını pozmuşdu, ona görə ki, dövlətin formasındakı hər hansı dəyişiklik yalnız çar tərəfindən çağırılan Böyük Millət Məclisi tərəfindən həyata keçirilə bilərdi.

Avtobioqrafiya

Simeon 28 oktyabr 2014-cü ildə Bolqarıstanda nəşr olunan, fransız dilində "Simeon II de Bulgarie, un destin singulier" adlı avtobioqrafiyasını yazmışdır. Əsər ilk dəfə 22 oktyabr 2014-cü ildə YUNESKO-nun Parisdə yerləşən Baş Qərargahında təqdim olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, II Simeon haqqında məlumat. II Simeon nədir? II Simeon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qafqaz Konfederasiyası

  • Fevral 27, 2026

    Dünbililər

  • Fevral 27, 2026

    Bezye (rayon)

  • Mart 01, 2026

    Sent-Lüsiya bayrağı

  • Fevral 27, 2026

    Sidur

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst