Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Həft övrəng" (fars. هفت اورنگ‎, azərb. Yeddi taxt‎) — farsdilli ədəbiyyatın klassiki Əbdürrəhman Cami tərəfindən 1468-1485-ci illərdə yazılmış yeddi poemadan i

Həft övrəng

  • Ana Səhifə
  • Vikipediya
  • Həft övrəng

"Həft övrəng" (fars. هفت اورنگ‎, azərb. Yeddi taxt‎) — farsdilli ədəbiyyatın klassiki Əbdürrəhman Cami tərəfindən 1468-1485-ci illərdə yazılmış yeddi poemadan ibarət məsnəvi toplusudur. Həft övrəng ifadəsi Böyük ayı bürcündən yeddi ulduzun adına işarədir. Topluya daxil olan mısnəvilər dini, fəlsəfi, etik və sufi məzmunludur.

Həft övrəng
fars. هفت اورنگ‎
Müəllif Əbdürrəhman Cami
Janr məsnəvi
Orijinalın dili fars dili
Orijinalın nəşr ili 1468-1485
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Məsnəvilər

Həft övrəng toplusuna yeddi məsnəvi daxildir:

  • Qızıl zəncir (fars. سلسلة الذهب‎) – didaktik lətifələr toplusu şəklində yazılmış məsnəvidir
  • Yusif və Züleyxa (fars. یوسف و زلیخا‎) – Yusif və Potifarın həyat yoldaşı Züleyxanın romantik münasibətlərini İslam ənənələri əsasında təsvir edən romantik poemadır.
  • Peyğəmbərin ruzusu (fars. سبحة الابرار‎) - didaktik lətifələr toplusu şəklində yazılmış məsnəvidir
  • Salman və Absal (fars. سلامان و ابسال‎) – Şahzadə və onun dayəsi arasında mümkünsüz sevgidən bəhs edən romantik məsnəvidir. Qədim yunan mənşəli bu hekayə erkən İslam dövründə İbn Hunayun tərəfindən ərəb dilinə tərcümə edilmiş, daha sonra isə ərəbcə həmin hekayə əsasında Cami poema yazmışdır. Dehxuda hekayənin yunan yox yəhudi mənşəli olmasını ehtimal edir.
  • Azadlığın həqiqəti (fars. تحفة الاحرار‎) – didaktik poema.
  • Leyli və Məcnun (fars. لیلی و مجنون‎) – Nizaminin eyni adlı əsərinin təsiri altında yazılmış romantik məsnəvidir.
  • Xirədnameyi İskəndəri (fars. خردنامهٔ اسکندری‎) – İskəndərin ölümündən qabaq baş verənlərin təsvir olunduğu məsnəvidir.

Frir əlyazması

Şah I Təhmasibin qardaşı oğlu və kürəkəni şahzadə Sultan İbrahim Mirzə 1556-1565-ci illərdə Məşhəd hakimi olduğu vaxt Həft övrəngin səfəvi miniatürləri ilə bəzədilmiş nəfis əlyazmasının hazırlanmasını sifariş etmişdir. Hazırda həmin əlyazması Frir Sənət Qalereyasında saxlanılır və ingilis dilli mənbələrdə Frir Camisi (ing. Freer Jami) adı ilə tanınır.

Frir əlyazmasına çəkilmiş miniatürlər
Naməlum rəssam - "Yusif və Züleyxanın şəhərə daxil olması". 1565-ci ildən əvvəl Mirzə Əli - "Müdrik dilənçinin şagirdi olmuş hökmdar". 1556-1565 Müzəffər Əli - "Yusifin su quyusundan çıxması". 1492 Naməlum rəssam - "Məcnun Leylinin çadırı qarşısında". 1556-1565 Mirzə Əli - "Eşşəyin satılması". 1556-1565

Ədəbiyyat

  • Simpson, J.R.R. Marianna Shreve. Sultan Ibrahim Mirza's Haft Awrang: A Princely Manuscript from Sixteenth-Century Iran. Yale University Press. 1997. hardback: ISBN 978-0-300-06802-3

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həft övrəng haqqında məlumat. Həft övrəng nədir? Həft övrəng nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Feodosiya sülaləsi

  • Fevral 27, 2026

    David Hilbert

  • Mart 01, 2026

    Qərb qorillası

  • Fevral 27, 2026

    Robin Vilyams

  • Fevral 27, 2026

    Barxudarlı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst