Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hədis elmi (ərəb. علوم الحديث‎) — hədis üsulu və onun alt bölmələrini (rical, cərh və s.) əhatə edən elm sahəsi.

Hədis elmi

  • Ana Səhifə
  • Vikipediya
  • Hədis elmi

Hədis elmi (ərəb. علوم الحديث‎) — hədis üsulu və onun alt bölmələrini (rical, cərh və s.) əhatə edən elm sahəsi.

Haqqında

Hədis elmi iki hissədən ibarətdir:

  • Rəvayətül-hədis: hadisələrin Məhəmməd peyğəmbərə fasiləsiz (ardıcıl) şəkildə necə isnad edildiyini, ravilərin (rəvayətçilərin) zəbt (yaddaş) və ədalət baxımından vəziyyətlərini, həmçinin isnadın (sənədin) ittisəl (bitişik) və ya inkitə (qırıq) olması baxımından keyfiyyətini araşdırır.
  • Dirayətül-hədis: qəbul və ya rədd edilmə nöqteyi-nəzərindən ravi və mərvinin vəziyyəti bildirən qayda və məsələlərin cəmi ifadə edir. Hədis elminin bu hissəsinə "ülumül-hədis", "müstələhul-hədis", "qəvaidül-hədis", "üsulul-hədis" də deyilir.

Hədis elmini "rəvayətül-hədis" və "dirayətül-hədis" olmaqla iki başlıq altında dəyərləndirən ilk alim İbn əl-Əkfani olmuşdur. Ona görə rəvayətül-hədis (hədisin rəvayət edilməsi elmi) Məhəmməd peyğəmbərin söz və əməllərinin qorunması (zəbti), rəvayət olunması və nəql edilməsi ilə məşğul olduğu halda, dirayətül-hədis (hədisin dərk edilməsi elmi) rəvayətin mahiyyəti, şərtləri, növləri və hökmləri, ravinin (rəvayətçinin) vəziyyəti və daşımalı olduğu şərtlər, rəvayət olunan mətnlərin növləri və bu sahəyə aid digər məsələləri araşdırır.

Taşköprüzadə isə rəvayətül-hədisi qiraət elmi ilə birlikdə nəqlə əsaslanan şəri elmlər sırasında qeyd etdiyi halda, dirayətül-hədisi Quranın təfsiri elmi ilə yanaşı, nəqllərin başa düşülməsinə yönəlmiş bir elm kimi göstərmişdir.

Həm Sünni, həm də Şiə ədəbiyyatında hədis elminə verilən təriflərin ortaq cəhəti budur ki, bu elm Məhəmməd peyğəmbərin söz, əməl və davranışlarından, bunlar haqqında nəql edilən rəvayətlər və həmin rəvayətlərin qorunub saxlanmasından (zəbti), nəhayət, səhih olanların qeyri-səhih olanlardan ayırd edilməsindən bəhs edir.

Həmçinin bax

  • Muksirun
  • Əhli-Hədis

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hədis elmi haqqında məlumat. Hədis elmi nədir? Hədis elmi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yeni Amsterdam

  • Fevral 27, 2026

    Əsl bayquşlar

  • Fevral 27, 2026

    Papaların siyahısı

  • Fevral 27, 2026

    Səhmdar cəmiyyəti

  • Fevral 27, 2026

    Hindistan mədəniyyəti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst