Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hökumə İsmayıl qızı Sultanova (dekabr 1909, Bakı – 10 noyabr 1981, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Qadınlar Şurasının rəhbəri, Az

Hökumə Sultanova

  • Ana Səhifə
  • Vikipediya
  • Hökumə Sultanova

Hökumə İsmayıl qızı Sultanova (dekabr 1909, Bakı – 10 noyabr 1981, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Qadınlar Şurasının rəhbəri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1958), Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi (1947–1951).

Hökumə Sultanova
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
8 may 1954 – 30 avqust 1958
SədrSadıq Rəhimov
Vəli Axundov
Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi
18 noyabr 1947 – 18 avqust 1951
ƏvvəlkiHacı Rəhimov
SonrakıXəlil Əfəndiyev
Şəxsi məlumatlar
Doğum tarixi dekabr 1909(1909-12)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 10 noyabr 1981(1981-11-10) (71 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1930–1981)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
"Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1967

Mündəricat

Həyatı

Hökumə İsmayıl qızı Sultanova 1909-cu ildə Bakının Qara Şəhər qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası vəfat etdikdən sonra o, doqquz yaşında olarkən böyük qardaşı inqilabçı Qasım İsmayılovun himayəsində böyümüşdür. Azərbaycanın sovetləşməsindən sonra 1-ci və 2-ci dərəcəli məktəblərdə oxumuş, ictimai işlərdə çalışmış, 1924-cü ildən Lenin komsomolu sıralarına qoşulmuşdur. 1928–1932-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin şöbə müdiri işləmiş, sonra isə bu mərkəzi komitənin katibi olmuşdur. 1930-cu ildən ÜİK(b)P (Sov. İKP) üzvü olan Hökumə İsmayılova 1936-cı ildə Marksizm-Leninizm İnstitutunu bitirmişdir. Daha sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəni-maarif şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmiş, ardınca bu şöbənin müdiri olmuşdur. Azərbaycan SSR Xalq Komissarları Sovetində qrup rəhbəri olmuşdur.

Hökumə Sultanova Stalin repressiyaları dövründə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin göstərişinə əsasən 23 iyul 1938-ci ildə əks-inqilabi-millətçi təşkilatın iştirakçısı kimi təqsirli bilinərək həbs edilmişdir. 9 avqust 1939-cu ildə onun işinə yenidən baxılmış, işi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı üçün SSRİ XDİK Xüsusi Müşavirəsinin 28 dekabr 1939-cu il tarixli orderi ilə azad edilmişdir.

Hökumə Sultanova sonrakı illərdə mətbuat sahəsində fəaliyyət göstərmiş, "Hücum", "Şərq qadını" jurnallarının redaktoru olmuş, 1941–1947-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatının direktoru vəzifəsində işləmişdir. 1947–1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi, 1952–1954-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Azərbaycan SSR Baş Mətbuat (Litoqrafiya) İdarəsinin rəisi, 1954-cü ildən isə Nazirlər Soveti sədrinin müavini (bu vəzifədə ilk azərbaycanlı qadındır) vəzifələrində çalışmışdır.

1960-cı ildən ömrünün sonlarınadək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda işləyən Hökumə Sultanova Azərbaycan Kommunist Partiyası və Azərbaycanda qadın hərəkatı problemlərini tədqiqi ilə məşğul olmuş, bir sıra elmi əsərlər çap etdirmişdir. O, eyni zamanda təşkilatçılıq fəaliyyəti də göstərərək Azərbaycan KP MK yanında Azərbaycan Qadınlar Şurasına rəhbərlik etmiş, "Azərbaycan qadını" redaksiya heyətinin üzvü olmuşdur. "40 bahar", "Sovet Azərbaycanının xoşbəxt qadınları", "Ayna Sultanova", "Səadət", "Ceyran Bayramova" kimi kitabların müəllifi olmuşdur. "Üç bacı" əsəri isə vəfat etdiyi üçün nəşr olunmamışdır.

Hökumə Sultanova dəfələrlə Azərbaycan KP Mərkəzi və Bakı komitələrinin üzvü seçilmiş, Bakı Sovetinin deputatı olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 3–4-cü çağırış deputatı seçilmişdir.

Hökumə Sultanova 1981-ci ilin noyabr ayında vəfat etmişdir.

Ailəsi

Hökumə Sultanova əslən İsmayıllının Lahıc kəndindəndir. O, inqilabçı Qasım İsmayılovun, Azərbaycan SSR xalq maarifi komissarı Ağa Sultanovun və Azərbaycanın ilk təyyarəçilərindən olan Yaqub Sultanovun bacısıdır.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 21 oktyabr 1967
  • "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946
  • "Şərəf nişanı" ordeni

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hökumə sultanova sözünün mənası, hökumə sultanova haqqında məlumat. hökumə sultanova nədir? hökumə sultanova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    S:Mumin surəsi

  • Fevral 27, 2026

    Savə

  • Fevral 27, 2026

    Briqada generalı

  • Fevral 27, 2026

    İldiko

  • Mart 01, 2026

    Həzrə (Qəbələ)

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst