Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həzrə — Azərbaycan Respublikasının Qəbələ rayonunun Həzrə kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasın

Həzrə (Qəbələ)

  • Ana Səhifə
  • Vikipediya
  • Həzrə (Qəbələ)

Həzrə — Azərbaycan Respublikasının Qəbələ rayonunun Həzrə kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Həzrə kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Həzrə kənd inzibati ərazi vahidi yaradılmışdır

Həzrə
40°54′21″ şm. e. 47°57′28″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 403 nəf. (2009)
Xəritəni göstər/gizlə
Həzrə xəritədə
Həzrə
Həzrə

Mündəricat

Toponimikası

Kəndin keçmiş adı Vəndam Həzrəsi olmuşdur. Kənddə yerli əhalinin Övliya türbələri adlandırdığı, XIV əsrə aid müqəddəs hesab edilən şeyx Bədrəddin və şeyx Mənsur türbələri var. Kəndin adı həmin türbələrlə bağlıdır. Ərəb dilində həzr "ocaq, pir" deməkdir.

Tarixi

Həzrə "ev, ocaq, yaşayış yeri" deməkdir. Vaxtilə karvan yolunun üstündə olan bu qədim yurd yeri elmi, tarixi əhəmiyyəti ilə seçilir. Alimlərin fikrincə, Həzrədəki övliyalar sübut edir ki, vaxtilə bu xaniganlıqlar ölkədə mühüm maraq kəsb edən mərkəzlərdən sayılıb və karvan yolunun üstündə bərqərarlaşmış qüdrətli Şeyxlərin ölkənin müqəddəratında da önəmli rolu olmuşdur.

Tarixi abidələri

Orta əsrlərə aid qədim qəbiristanlıq arxeoloji abidəsi, Şeyx Bədrəddin (1446), Şeyx Məhəmməd (XV əsr), Şeyx Mənsur (XVI) türbələri memarlıq abidələri, şimalda Həzrə dağında Dördkünc formalı bürcdən ibarət, kirəc məhlulu ilə daşdan hörülmüş müdafiə qülləsi ərazinin qədimliyindən xəbər verir. Yerli əhali arasında "Qalayeri" kimi tanınan bu qüllə IX–XI əsrlərdə Qəbələ feodal hakimliyinin şərq sərhədlərini qorumaq üçün nəzarət məntəqəsi rolunu oynayır.

Kənddə meşə içərisindəki sahəsi 3,5 hektara yaxın, orta əsr qəbiristanında tariximiz üçün çox maraqlı olan abidələr qalmaqdadır. Bu abidələr Şirvan–Abşeron memarlıq məktəbinə aid türbələrdən və sənduqələrdən ibarətdir. Türbələrin portallarında və sənduqələrin üzərində kitabələr həkk olunmuşdur. Qəbiristanda dörd türbə vardır:

  • Şeyx Bədrəddin türbəsi (1446-cı il);
  • Şeyx Mənsur türbəsi (XVI əsr);
  • Şeyx Məhəmməd türbəsi (XV əsr) — Həzrə (Qəbələ) ərazisində yerləşir. Şeyx Məhəmməd türbəsində aparılan bərpa işləri zamanı onun inşaat kitabəsi tapılıb və yenidən divara hörülüb. İki sətirdə iki parça daşda süls elementli nəsx xəttilə yazılmış kitabənin məzmunu belədir. “Bu şərəfli imarət münəvvər şeyx, Şeyx Məhəmməd ibn Şeyx Barikin işıqlı qəbri üzərində sultan oğlu sultan, Əbulmüzəffər Şah Təhmasibin hökmranlığı zamanı tikildi. 970 (1562/1563-cü il)”
  • Türbə (XVI əsr).

Coğrafiyası və iqlimi

Kənd Alazan–Əyriçay çökəkliyində, rayon mərkəzindən 14 km. şərqdə yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 403 nəfər əhali yaşayır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həzrə (Qəbələ) haqqında məlumat. Həzrə (Qəbələ) nədir? Həzrə (Qəbələ) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Salman Nərimanov

  • Fevral 27, 2026

    Mustafa Ceceli

  • Fevral 27, 2026

    Çanaqqala müharibəsi

  • Fevral 27, 2026

    Baku TV

  • Fevral 27, 2026

    Malamir xan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst