Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hoşyar Qadınəfəndi (v. 21 iyun 1885, Qahirə, Misir xidivliyi) — Osmanlıların Misir və Sudan hakimi Kavalalı İbrahim Paşanın xanımı, ilk Misir xədivi İsmayıl Paş

Hoşyar Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Hoşyar Qadınəfəndi

Hoşyar Qadınəfəndi (v. 21 iyun 1885, Qahirə, Misir xidivliyi) — Osmanlıların Misir və Sudan hakimi Kavalalı İbrahim Paşanın xanımı, ilk Misir xədivi İsmayıl Paşanın anası, Misirin Validə Paşası.

Hoşyar Qadınəfəndi
Misirin Validə Paşası
18 yanvar 1863 – 26 iyun 1879
ƏvvəlkiBamba Qadınəfəndi
SonrakıŞəfəqnur xanım
Şəxsi məlumatlar
Vəfat tarixi 21 iyun 1885(1885-06-21)
Vəfat yeri
  • Qahirə, Misir xidivliyi
Həyat yoldaşı
  • Kavalalı İbrahim Paşa
Uşağı
  • Kavalalı İsmayıl Paşa
Ailəsi Kavalalı ailəsi
Dini şərqi ortodoks xristianlıq, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İlk illəri

Əslən çərkəz olub, bacısıyla birlikdə Osmanlı sarayında təlim-tərbiyə almışdır. Bacısı Pərtəvniyal xanım Sultan Mahmudun hərəminə, Hoşyar xanım isə Misir hakimi Kavalalı Mehmed Əli Paşanın böyük oğlu İbrahim bəylə evləndirilib Qahirəyə göndərildi. Yeganə övladı olan İsmayıl bəyi 31 dekabr 1830-cu ildə dünyaya gətirdi. Həmin ilin fevralında bacısı Pərtəvniyal Sultanın da bir oğlu dünyaya gəlmiş, Əbdüləziz adlı bu oğul gələcəkdə Osmanlı sultanı olaraq Kavalalılarla yaxın əlaqələr quracaqdır. 18 yanvar 1863-cü ildə Səid Paşanın vəfatı ilə oğlu İsmayıl Paşa Misir hakimi təyin edildi və Hoşyar xanım Validə Paşa ünvanı aldı.

Validə Paşa illəri

Hoşyar xanım hər kəs tərəfindən sevilən və atdığı hər addım söz-söhbətə səbəb olan bir qadın idi. Oğlu üzərində və dövlət idarəsindəki nüfuzu o qədər güclü idi ki, Osmanlı sultanı Sultan Əbdüləzizin Misir səyahəti əsnasında Osmaniyə nişanı ilə təltif edildi. Qəsr-əl-Ali sarayında dəbdəbəli həyat yaşayan Hoşyar xanım xədiv olan oğlunun etimad etdiyi sayılı insanlardan biri idi. Buna baxmayaraq siyasətdə gözlər önündə olmadı. Bunun yerinə bəzi ailə üzvləri və hərəm ağası olan Xəlil ağa kimi xidmətçiləri vasitəsilə işləri uzaqdan yürüdürdü. Xəlil ağanın 1880-ci ildə ölümündən sonra vəzifə İbrahim Əthəm ağaya tapşırıldı.

İsmayıl Paşa Misir hakimiyyətini ələ aldıqdan dərhal sonra ənənəyə sadiq qalaraq, bağlılığını bildirmək məqsədilə İstanbula yola düşdü (fevral 1863). Burada xalası Validə Pərtəvniyal Sultanın tərtibiylə Sultan Əbdüləzizin qəbulunda oldu. Həmin ilin yayında Hoşyar xanım da oğlunun istəyilə İstanbula səyahət etdi. Onun və oğlunun səyləri nəticəsində, Misirdə vərasət sistemi dəyişdirildi və İsmayıl Paşanın oğlu Tofiq bəy Misir xədivinin varisi elan olundu (28 may 1866). 1867-ci ilin yayında Hoşyar xanım ikinci dəfə İstanbula səyahət etdi və bacısı Pərtəvniyal Sultanın şərəfinə öz sahil sarayında ziyafət tərtib etdi. Möhtəşəm ziyafətin ardından buna bənzər mərasim Dolmabağça sarayında Hoşyar xanımın şərəfinə keçirildi.

Hoşyar xanımın məzarı

Qahirədəki Qəsr-əl-Ali sarayında xədivin xanımlarından daha dəbdəbəli həyat sürən Hoşyar xanımın yaşadığı mühit tamamilə Osmanlı mədəniyyəti ilə çevrəli idi. Onun İstanbuldan gətirtdiyi və hərəm cariyələrindən ibarət musiqiçi qrupu var idi və oğlunun şərəfinə verilən ziyafətlərdə bu musiqiçilər mütləq iştirak edirdi. Oğluyla adətən türk dilində danışan Hoşyar xanım, 1869-cu ildə Misiri ziyarət edən Uels şahzadəsi Eduard və xanımı Danimarkalı Aleksandra ilə tanış oldu. Gələcəyin İngiltərə kraliçası Hoşyar xanım və xədivin xanımlarıyla birlikdə saray hərəmxanasında axşam yeməyi yedi.

Son illəri

1879-cu ildə oğlu Misirdə tüğyan edən iqtisadi böhran və xarici ölkələrin təzyiqi ilə vəzifədən alındı. Nəvəsi Tofiq Paşa Misir xədivi təyin edilən Hoşyar xanım Validə Paşa olmadığı halda, əvvəlki dəbdəbəli həyatını davam etdirdi. Ancaq ömrünün geri qalanını sürgündə keçirən oğlu İsmayıl Paşanı bir daha görə bilmədi. Hoşyar xanım 21 iyun 1885-ci ildə yaşadığı Qəsr-əl-Ali sarayında vəfat etdi və cənazəsi öz əmriylə inşa etdirilən Əl-Rifai məscidindəki Xədiv türbəsinə dəfn edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hoşyar Qadınəfəndi haqqında məlumat. Hoşyar Qadınəfəndi nədir? Hoşyar Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məhisti Qadınəfəndi

  • Fevral 10, 2026

    Şimali Amerika

  • Fevral 27, 2026

    Solsberi

  • Fevral 27, 2026

    Rebrendinq

  • Fevral 27, 2026

    Vilyam Qladston

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst