Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Horadiz bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Horadiz bələdiyyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Horadiz bələdiyyəsi

Horadiz bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Bələdiyyə
Horadiz bələdiyyəsi
Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz bələdiyyəsi
Bayraq
Bayraq
Ölkə
  •  Azərbaycan
Daxildir Füzuli rayonu
Bələdiyyənin ünvanı Horadiz şəhəri M.Rəsulzadə küçəsi 43
Bələdiyyə sədri Nəbiyev Tural Nəbi oğlu
Tarixi və coğrafiyası
Yaradılıb 1999
Sahəsi
  • 578 km²
Əhalisi
Əhalisi
  • 7.680 nəf. (2025)
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Statistik kodu 60626007
Bələdiyyə ödənişləri üçün vergi kodu 7513
VÖEN 7500120871
Telefon kodu 994 26
Avtomobil nömrəsi 19
Rəsmi sayt
horadizbelediyye@gmail.com, https://www.facebook.com/profile.php?id=100042681463646

Mündəricat

Tarixi

07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Horadiz bələdiyyəsi olub.

1999 - 2020 ci illərdə Horadiz bələdiyyəsi təmas xəttində yerləşib və ərazisi daim atış altında olub. Bu səbəbdən Bələdiyyə ərazisində torpaq islahatı aparılmayıb.

04.04.2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş 1-ci Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib, 28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunun 3-cü Qərarı ilə ləğv edilib.

18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq olunmuş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnamə"yə əsaəsn "Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurası" Horadiz şəhərində yaradılmış və Füzuli rayonunda fəaliyyət göstərən bütün bələdiyyələr həmin Şuraya üzv olmuş, Horadiz bələdiyyəsinin sədri eyni zamanda Şura sədri seçilmişdir.

2003 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

23.10.2007-ci il tarixli 468-IIIQ nömrəli Qanunla Füzuli rayonunun "Əhmədalılar kənd inzibati ərazi dairəsi tərkibindəki Əhmədalılar kəndi ərazisinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan hissəsindən 31,0 (otuz bir) ha, Arayatlı kənd inzibati ərazi dairəsi tərkibindəki Mollaməhərrəmli kəndi ərazisinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan hissəsindən 37,0 (otuz yeddi) ha, Qarakollu kənd inzibati ərazi dairəsi tərkibindəki Qarakollu kəndi ərazisinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan hissəsindən 122,0 (yüz iyirmi iki) ha, Pirəhmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Rəfədinli kəndi ərazisindən 35,0 (otuz beş) ha və Qış otlaq fondunun 50 h №-li hissəsinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan 117 (yüz on yeddi) ha torpaq sahəsi əlavə edilmiş xəritəyə uyğun olaraq Horadiz qəsəbəsinin inzibati ərazisinə" verilib, "Horadiz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Horadiz qəsəbəsinə şəhər statusu" verilib, "Horadiz qəsəbə inzibati ərazi dairəsi Horadiz şəhər inzibati ərazi dairəsi hesab" edilib.

01.04.2008-ci il tarixli 586-IIIQD nömrəli Qanunla "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunda 13-cü sırada "Horadiz bələdiyyəsi" sözlərinin qarşısındakı "Horadiz qəsəbəsi" sözləri "Horadiz şəhəri" sözləri ilə əvəz edilmişdir. Bundan sonra Horadiz bələdiyyəsi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilir.

28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi qəbul edilib.

14 iyul 2025-ci il tarixli 6 №-li Protokolu ilə bələdiyyənin mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərə həmin xidmətlərə görə yerli ödənişin müəyyən edilməsi haqqında normativ xarkaterli aktı qəbul olunub və 26.07.2025-ci il tarixlində Hüquqi Aktların dövlət reyestrinə daxil edilərək, qüvvəyə minib. Bu akt Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə yeni üslibda qəbul eidlmiş sayca dördüncü normativ sənəddir.

03.12.2025-ci il tarixli 18 №-li Protokolu ilə Bələdiyyə embleminin istifaqə qaydalarını və təsvirini təsdiq edib. Həmin emblemin simvolik-məna təsvirinə əsasən:

6. Simvolik təsvir

6.1. Bu Emblem Şərq qalxanı üzərində təsvir edilib və ərazinin Şərq-türk mədəniyyətinə aidiyyətini göstərir;

6.2. mavi qrafik element Azərbaycanın qədim heraldik ənənəsində də geniş istifadə olunan klassik türk tayfalarının «yay» (ox yayı) simvoludur;

6.3. yay kirişi (vətər) çəkilməmiş vəziyyətdə təsvir olunduğuna görə bu yay boş vəziyyətdədir və sülh dövrünü ifadə edir;

6.4. üfüqi yerləşdirilmiş ikinci gövs olan hilal (uca bucağı sağa) klassik bayraq ayparasından fərqli olaraq üfüqi qoyulması “sülh, sabitlik və davamlı inkişaf” mesajı verir;

6.5. həmin elementin ucları sağa baxdığı üçün “gələcəyə doğru irəliləyiş” mənasını ifadə edir.

Mərkəzi və ərazisi

Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin məkəzi Horadiz şəhərində yerləşir.

Bələdiyyənin ünvanı: Horadiz şəhəri M.Rəsulzadə küçəsi 43.

Həmin Nizamnaməyə əsasən Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib:

Bələdiyyənin adı VÖEN Bələdiyyə ödəyicisi üçün vergi kodu Bələdiyyənin statistik kodu Ərazisi (km²) İnzibati ərazi dairəsinin adı İƏD statistik kodu İnzibati ərazi vahidinin adı İƏV statistik kodu
Füzuli rayonunun Horadiz bələdiyyəsi 7500120871 7513 60626007 5.78 Horadiz şəhər iəd 60626005 Horadiz şəhəri 60626014

Bu Bələdiyyənin ərazisinə dair olan kəndlərin mənsub olduqları inzibati ərazi dairələri nəzərə alınaraq, İkinci qarabağ müharibəsi nəticəsində işğaldan azal olunmuş aşağıdakı kəndlərin gələcəkdə həmin bələdiyyəyə aid ediləcəyi güman edilir:

Horadiz kənd iəd 60610005 Horadiz kəndi 60610018
Dördçinar kəndi 60610028
Hüngütlü kəndi 60610038

Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilir.

"Bələdiyyə qulluğu haqqında" Qanuna uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərir.

Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.

Bələdiyyənin məlumatına görə 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 2230 ev təsərrüfatı fəaliyyət göstərməklə, 7680 nəfər yaşayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, horadiz bələdiyyəsi sözünün mənası, horadiz bələdiyyəsi haqqında məlumat. horadiz bələdiyyəsi nədir? horadiz bələdiyyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Oliver Kromvel

  • Mart 01, 2026

    Hüquq fakültəsi

  • Fevral 27, 2026

    İrakli sülaləsi

  • Fevral 27, 2026

    Qoçu

  • Fevral 27, 2026

    Şerlok Holms

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst