Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jorj-Pyer Söra (fr. Georges Pierre Seurat; 2 dekabr 1859[…] – 29 mart 1891[…]) — fransız əsilli postimpressionist və nöqtəçi (puantilist) rəssam. Rəssamlığa gət

Jorj-Pyer Söra

  • Ana Səhifə
  • Vikipediya
  • Jorj-Pyer Söra

Jorj-Pyer Söra (fr. Georges Pierre Seurat; 2 dekabr 1859[…] – 29 mart 1891[…]) — fransız əsilli postimpressionist və nöqtəçi (puantilist) rəssam. Rəssamlığa gətirdiyi yeni tərzi və özünəməxsusluğu ilə dünya rəssamları arasında xüsusi rola malikdir.

Jorj-Pyer Söra
fr. Georges-Pierre Seurat
Doğum tarixi 2 dekabr 1859(1859-12-02)[…]
Vəfat tarixi 29 mart 1891(1891-03-29)[…] (31 yaşında)
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
Fəaliyyəti rəssam, boyakar[d], memarlıq çertyojçusu[d]
Təhsili
  • Milli Gözəl Sənətlər Məktəbi
Janrlar janr rəssamlığı, peyzaj, portret
Stillər puantilizm, neoimpressionizm, postimpressionizm
Tanınmış işləri
  • Qrand-Jatt adasında bazar günü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Jorj Söra 1859-cu il dekabrın 2-də Parisdə anadan olmuşdu. O, uşaqlıqdan rəsmə maraq göstərmiş, gənc yaşlarında isə bəzi önəmli rəssamlardan təhsil almışdı. 20 yaşında olan Jorj ‘Qüsursuz Sənət Nişanələrinə Dair Esse’ adlı kitabdan çox təsirlənərək oxuduğu sənət akademiyasındakı təhsilinı yarımçıq qoyur. Humbert de Superville tərəfindən yazılan bu kitab, rəssama böyük təsir etmiş kitablardan yalnız biri idi. Seurat ordudakı qısa xidmətdən qayıtdıqdan sonra, indi sənət mövzusundakı düşüncələri onun müəllimlərinin fikirlərindən tamamilə uzaqlaşmağa başlamışdı. Sənət məktəbini tərk etdikdən sonra Seurat 1881-ci ildə rəssam dostu ilə La Grande Jatte adasına köçdü. Belə yer dəyişmə Söra üçün böyük ilham mənbəyi olması ilə onun kareyerasında ciddi rol oynamışdı.

Seuratın ilk, yeni üfüqlər açan əsəri "Bathers at Asniéres" 1883-cü ildə Paris Salonu tərəfindən rədd ediləndə, rəssam Salona təkrar müraciət etməyərək, şərti bədii sərgilərə üz çevirmişdi. Bunun əvəzinə o, sənətkarların müasir sənətlə bağlı nəzəriyyələrin inkişafı olan ‘Sənətkarların Müstəqil Qrupu’ ilə birləşdi. Burada rəssamın əsərləri xoş izləyici kütləsi tapdı. Seuratın "Sunday Afternoon on the Island of La Grande Jatte" əsəri — iki illik layihəsi — tamamladığında bu əsər tezliklə milli tərifə çevriləcəkdi. Əsər nöqtəcilik tərzinin tam bir nümayişi idi, böyüklüyü və müstəsna texnikası ilə, ilk dəfə sərgiləndiyi İmpressionist sərgidə böyük tərifə layiq görülmüşdü.

Bu əsər tamamlandıqdan sonra Seurat modeli və məşuqəsi Madeleyne Knobloç ilə başqa bir studiyaya köçdü. Madeleyne 1873-cü ilin fevralında Seuratın ilk oğlu Pyer Jorj Seuratı dünyaya gətirdi. Rəssam isə, 29 mart 1891-də, ikinci oğlunun ölümündən bir neçə ay əvvəl öldü. Seuratın ölümünün səbəbləri, qısa müddət sonra oğlunun da eyni səbəbdən öldüyü meningit idi. Seurat ölümünə görə yarımçıq qalan "The Circus" adlı son sənət əsəri üzərində işləyirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, jorj-pyer söra sözünün mənası, jorj-pyer söra haqqında məlumat. jorj-pyer söra nədir? jorj-pyer söra nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ağadadaş Ağayev

  • Mart 01, 2026

    Azadlıq (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    İskəndər

  • Fevral 27, 2026

    Talan

  • Fevral 27, 2026

    Supiklər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst