Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin

Hollivud nişanı

  • Ana Səhifə
  • Vikipediya
  • Hollivud nişanı

"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur.

Hollivud yazısı
Hollywood Sign
"Hollivud" yazısının havadan görünüşü
(25 iyul 2009-cu il).
Ölkə  ABŞ
Yerləşir Hollivud, Los-Anceles, Kaliforniya
Memar Tomas Fisk Qoff
Sifarişçi Vudruf və Şults
(Hollivudlend)
Əsas tarixlər 1949 - təmir edilib
1978 - əsaslı bərpa işləri aparılıb
Tikilmə tarixi 1923
Hündürlüyü 13 m
Uzunluğu 350 ft (106.7 m)
Material taxta və metal lövhə
(1923-1978)
polad (1978-bu günə kimi)
Rəsmi sayt hollywoodsign.org
Los Anceles Tarixi-Mədəni Abidəsi
İstinad nöm.111
34°08′03″ şm. e. 118°19′18″ q. u.HGYO
Xəritə
Hollivud yazısı (Los-Anceles)
Nöqtə
Hollivud yazısı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı.

Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir. "Hollywoodland" sözü gecələr elektrik lampaları ilə işıqlandırılır, gündüzlər isə hərfləri 40 km məsafədən görmək olurdu.

"Hollywoodland" reklamı il yarım davam etməli idi. Lakin bu müddət bitdikdən sonra yazını oradan götürən olmadı.

1949-cu ildə yazıdakı son 4 hərf (LAND) götürüldü və o indiki "HOLLYWOOD" şəklini aldı. Bu dövrdə artıq "Hollywood" Los-Ancelesin və bütün əyləncə biznesinin simvoluna çevrilmişdi.

Yazının ən bərbad dövrü, 1970-ci illər

1973-cü ildə "Hollywood" yazısı milli tarixi abidə elan olunmuşdur.

Bərpası

"Hollivud" yazısının peykdən görünüşü

1970-ci illərin sonlarında yazı bərbad günə düşdü və bəzi hərflər sıradan çıxdılar.

Həmin il, "Playboy" jurnalının yaradıcısı Hyu Hefnerin başçılıq etdiyi xeyriyyə fondu yazının əsaslı təmiri üçün vəsait topladı. Nəticədə 1978-ci ilin noyabrında hazırkı variant peyda olmuşdur. Yazıdakı hərflərin hündürlüyü 15 metr, eni isə 12 metrdir. Hər hərfin hazırlanmasına 27,5 min dollar sərf olunmuşdur.

Donorlar

Qeyd edək ki, 1978-ci ildə "Hollivud" yazısının bərpası üçün təşkil olunan ictimai kampaniya zamanı aşağıdakı doqquz donorun hər biri 27,777.77 $ (ümumilikdə 250,000 $ təşkil edib) vermişdir:

  • H: Terrensi Donnelli ("Hollywood Independent Newspaper" qəzetinin naşiri)
  • O: Covanni Mazza (İtalyan film prodüseri)
  • L: Les Kelli ("Kelley Blue Book"un yaradıcısı)
  • L: Cin Otri (aktyor)
  • Y: Hyu Hefner ("Playboy" jurnalının təsisçisi)
  • W: Endi Vilyams (müğənni)
  • O: "Warner Bros. Records"
  • O: Alis Kuper (müğənni)
  • D: Dennis Lidtke (biznesmen)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hollivud nişanı haqqında məlumat. Hollivud nişanı nədir? Hollivud nişanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dolça (astronomiya)

  • Fevral 27, 2026

    Oleq Şulbayev

  • Fevral 27, 2026

    Selevkilər imperiyası

  • Fevral 27, 2026

    Kadeş döyüşü

  • Fevral 28, 2026

    Corc Eliot

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst