Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu orqanoidi ilk dəfə İtalyan histoloqu Kamillo Qolci (1898) sinir hüceyrələrində görmüşdür. Sonra onun şərəfinə Qolci kompleksi (aparatı) adlandırılmışdır. Qol

Holci aparatı

  • Ana Səhifə
  • Vikipediya
  • Holci aparatı

Bu orqanoidi ilk dəfə İtalyan histoloqu Kamillo Qolci (1898) sinir hüceyrələrində görmüşdür. Sonra onun şərəfinə Qolci kompleksi (aparatı) adlandırılmışdır. Qolci kompleksi bütün bitki və heyvan hüceyrələrində olur. Onun ölçüsü və forması müxtəlifdir. O, sinir hüeyrələrində mürəkkəb tor şəklində olur, nüvənin ətrafında yerləşir. Qolci kompleksi bitki və ibtidai orqanizmlərin hüceyrələrində membranla örtülmüş ayrıca cisimcikdir. Bu da oraqvarı və ya çubuqvarı formalıdır. Bu heyvan hüceyrələrində formaca bir qədər fərqlənir. Lakin onların quruluşu bütün hüceyrələrdə eynidir. Qolci kompleksinin üç quruluş komponenti var:

  1. membranlarla hüdudlanan və qruplarla yerləşən boşluqlar
  2. boşluqlardan çıxan mürəkkəb borucuqlar
  3. borucuqların ucunda yerləşən iri və xırda qovuqcuqlar
Tipik heyvan hüceyrəsinin sitoplazma komponentləri ilə (orqanellərlə) birlikdə. 6. Holci aparatı

Lakin bunların hər üçü vahid orqanoidi təşkil edir. Qolci kompleksi mühüm bioloji funksiyaları yerinə yetirir. Ona endoplazmatik şəbəkə kanalları ilə hüceyrənin bir sıra sintez məhsulları: zülallar, karbohidratlar və yağlar daşınır. Bu maddələr əvvəlcə Qolci kompleksi elementlərində toplanır, sonra borucuqların uclarında iri və xırda qovuqcuqlara çevrilir, nəhayət, qovuqcuqlar borucuqlardan ayrılaraq sitoplazmaya keçir və hüceyrələrin həyat fəaliyyətində istifadə olunur, yaxud hüceyrələrdən xarici mühitə çıxır. Mədəaltı vəzin sintezolunmuş fermentləri əvvəlcə orqanoidin boşluqlarına toplanır, beləliklə içərisi fermentlə dolu qovuqcuqlar əmələ gəlir. Sonra bu qovuqcuqlar mədəaltı vəzin axarına çıxarılır və bağırsaq boşluğuna tökülür. Qolci kompleksinin membranlarında hüceyrədə istifadə olunan yağlar və karbohidratlar da sintez olunur. Qolci kompleksi, həmçinin, hüceyrə lisozomlarının mənbəyidir. Plazmatik membranın özü də Qolci kompleksinin fəaliyyəti nəticəsində təzələnir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Holci aparatı haqqında məlumat. Holci aparatı nədir? Holci aparatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Raniyə əl-Abdullah

  • Fevral 27, 2026

    Vladimir Zelenski

  • Fevral 27, 2026

    Qarıqışlaq

  • Fevral 27, 2026

    Vilayəti-Fəqih

  • Fevral 27, 2026

    Fransisko

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst