Hoşyar Sultan (1796 – 1849, Məkkə, Həbəşistan əyaləti) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı.
| Hoşyar Sultan | |
|---|---|
| هوشيار سلطان | |
| 1810 – bilinmir | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1796 |
| Vəfat tarixi | 1849 (52–53 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Fəaliyyəti | əsilzadə |
| Anası | Bəyxan Sultan |
| Həyat yoldaşı | II Mahmud |
| Uşaqları | Mehrimah Sultan (II Mahmudun qızı) Şahzadə Əbdülhəmid |
| Ailəsi | Osmanlı xanədanı |
| Dini | Sünni, İslam |
Həyatı
Osmanlı sultanı III Mustafanın qızı Bəyxan Sultanın övladlığı olan Hoşyar Sultan 1796-cı ildə anadan olmuşdur. 1811-ci ildə sarayda keçirilən bir şənlikdə Hoşyar Sultanı görən Sultan Mahmud onu Bəyxan Sultandan istədi. Bəyxan Sultanın razılığını aldıqdan sonra cütlük evləndi. 1812-ci ildə Mehrimah Sultanı, 1813-cü ildə isə oğlu Şahzadə Əbdülhəmidi dünyaya gətirdi. Oğlu çox yaşamadı və 1825-ci ildə vəfat etdi. Qızı Mehrimah Sultanı Səid Mehmed Paşayla evləndirdi. Ancaq çox keçmədən hamilə olan qızı da vəfat etdi. Qalan ömrünü sarayda sakit keçirdi.
Daha sonra Dolmabağça sarayı yaxınlığındakı köşklərdən birinə köçdü. Burada sədrəzəm Kiprli Mehmed Əmin Paşanın xanımı Mələk xanımla tanış oldu və qalan həyatını onunla birlikdə keçirdi. 1859-cu ildə həcc ziyarəti üçün Məkkəyə yola çıxmış, ancaq orada vəfat etmişdir.
Övladları
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hoşyar Sultan haqqında məlumat. Hoşyar Sultan nədir? Hoşyar Sultan nə deməkdir?