Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hissəciklər fizikası — maddə və radiasiya meydana gətirən hissəciklərin təbiətini öyrənən fizikanın bir sahəsidir.

Hissəciklər fizikası

  • Ana Səhifə
  • Vikipediya
  • Hissəciklər fizikası

Hissəciklər fizikası — maddə və radiasiya meydana gətirən hissəciklərin təbiətini öyrənən fizikanın bir sahəsidir.

Maddə hissəcikləri normal şəraitdə müstəqil olaraq müşahidə edilə bilməz, çünki onların ömrü çox azdır. Bu məqsədlə yaradılan hissəcik sürətləndirici deyilən nəhəng qurğuları, yüksək elektrik sahəsi təsiri ilə sürətləndirilmiş hissəciklərin maqnit sahə təsiri ilə fokuslanaraq çarpıştırılması ilə ortaya çıxan fərqli hissəciklər araşdırıla bilən hala gətirilməyə çalışılır. Bu əməliyyatlar və toqquşmalar zamanı meydana gələn enerji miqdarı çox olduğu üçün hissəciklər fizikası da yüksək enerjili fizika adlanır. Zərrəcikləri və onların qarşılıqlı təsirini izah edən ən aktual nəzəriyyə Standart Model adlanır.

Mündəricat

Tarix

Bütün maddələrin əsaslı şəkildə elementar hissəciklərdən ibarət olduğu fikri ən azı 6-cı əsrə aiddir. 19-cu əsrdə John Dalton, stoiometriya üzərində apardığı işlər nəticəsində təbiətin hər bir elementinin tək, bənzərsiz bir hissəcikdən ibarət olduğu qənaətinə gəldi. Əvvəlcə atom (yunanca atomos- bölünməz) tapıldı. Daha sonra isə atomlar üzərində işlənərək kimyəvi elemet anlayışı fizikaya əlavə olundu. Lakin fiziklər tezliklə atomun bölünməz olmadığı, əslində atomun özünün də elektron kimi kiçik hissəciklərdən ibarət olduğu qənaətinə gəldilər. Erkən 20-ci əsrin tədqiqatlar zamanı nüvə fizikası və kvant fizikası dəlilləri əsasında nüvə parçalanma yolu ilə 1939-cu ildə Lise Meitner (Otto Hahn ilə təcrübələr əsasında) nüvə silahının inkişafına da səbəb oldu. 1950–1960 illəri boyunca getdikcə yüksək enerjili şüalardan gələn hissəciklərin toqquşmasında heyrətamiz bir müxtəlif hissəcik tapıldı. Qeyri-rəsmi olaraq bu proses " hissəciklər zooparkı " adlandırılırdı. Daha sonralar bu hissəciklər toplanaraq Standart Model tərtib edildi.

Hissəciklər

Fermionlar və bozonlar digər hissəciklərdən hazırlanmayan bilinən ən əsas hissəciklərdir.

Fermionlar

Fermionlar Fermi–Dirak qanununa tabe olan hissəciklərdir. Fermiyonlar iki qrupa bölünür:

Leptonlar

Leptonlardan ən məşhuru elektrondur . Hal hazırda elektron digər hissəciklərdən düzəldilməmiş hesab olunur. Leptonların spin 'i (dönüş; hissəciyin daxili bucaq momentumu) ½ və elektrik yükləri −1 və ya 0 dır. Yunanca lepton yüngül əsas hissəcik deməkdir. Hal hazırda 6 məlum lepton var:

  • e elektron (Elektrik yükü = −1)
  • ν e elektron-neytrino (Elektrik yükü = 0)
  • τ tau (Elektrik yükü = −1)
  • ν τ tau-neytrino (Elektrik yükü = 0)
  • μ muon (Elektrik yükü = −1)
  • mu μ muon-neytrino (Elektrik yükü = 0)

Kvarklar

Kvarklar spini ½ və elektrik yükü 2/3 və ya −1/3 olan hissəciklərdir. Hal-hazırda 6 məlum kvark var:

  • u up (ap) (yuxarı, elektrik yükü = 2/3)
  • d down (davn) (alt, elektrik yükü = −1 / 3)
  • c charm (çarm) (çəkic, elektrik yükü = 2/3)
  • s strange (streync) (qəribə, elektrik yükü = −1 / 3)
  • t top (tap) (tavan, elektrik yükü = 2/3)
  • b bottom (batım, elektrik yükü = −1 / 3)

Bozonlar

Bozonlar Bose-Einştein sıxlaşması qanununa uyan hissəciklərdir. 3 əsas bozon qrupu vardır:

  • Fotonlar
  • W ve Z bozonları
  • Qlüonlar

Həmçinin bax

  • Fotonlar
  • Kvarklar


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hissəciklər fizikası haqqında məlumat. Hissəciklər fizikası nədir? Hissəciklər fizikası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Təbriz bazarı

  • Fevral 27, 2026

    Katagenez

  • Fevral 27, 2026

    Dəməşq mühafazası

  • Fevral 27, 2026

    (3) Yunona

  • Fevral 27, 2026

    Kondensator (elektrik)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst