Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Röya Məmmədova 13 iyul 1995-ci ildə Bakıda anadan olub. O, 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil

Hiss (müğənni)

  • Ana Səhifə
  • Vikipediya
  • Hiss (müğənni)

Hiss (əsl adı: Röya Məmmədova; 13 iyul 1995, Bakı) — azərbaycanlı musiqi sənətçisi.

Hiss
Röya Məmmədova
Ümumi məlumatlar
Ləqəbi Hiss
Doğum tarixi 13 iyul 1995(1995-07-13) (30 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnı yazarı[d]
Fəaliyyət illəri 2018-ci ildən
Janrlar trep, pop rep[d], hip-hop[d]
Albom şirkəti Warner Music Turkey[d]
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (2013–2017)

Mündəricat

Həyatı və fəaliyyəti

Röya Məmmədova 13 iyul 1995-ci ildə Bakıda anadan olub. O, 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb.

Hiss musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. O, 15 yaşında Sən bir nəğməsən adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub.

O, sənətə başladığı ilk illərdən səhnə adını Hiss (This is Hiss) olaraq seçib.

Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib.

Hiss 2021-ci ilin sentyabrında Show TV-də yayımlanan Bir Başka Güzel proqramında xüsusi dəvətlə çıxış edib. Onun 2021-ci ildə ifa etdiyi "Karma" treki uzun müddət Azərbaycan üzrə YouTube və Apple Music trendlərində birinci yerdə qərarlaşıb.

O, ABŞ-nin ən böyük musiqi şirkəti olan Warner Music Group ilə İsfar Sarabskidən sonra müqavilə imzalayan 2-ci azərbaycanlı müğənni olub.

Hiss 28 aprel 2023-cü ildə "Formula 1 Azərbaycan Qran Prisi 2023" açılış mərasimində çıxış edib. O, həmçinin 17 may 2023-cü ildə Milli Gimnastika Arenasında keçirilən Bədii gimnastika üzrə 39-cu Avropa çempionatının açılış mərasimində, 3 iyun 2023-cü ildə isə Bakcell Arenada keçirilən Azərbaycan Kubokunun finalındakı bağlanış mərasimində səhnəyə çıxıb.

Diskoqrafiya

Studiya albomları

  • Mars (2022)

Akustik albomları

  • Special Acoustic (2023)

Sinqllar

  • "Mirvarilər" (2018)
  • "Sevdim" (2019)
  • "Get" (2019)
  • "Biri var" (2019)
  • "İstəmirəm" (2019)
  • "Qorxuram" (2020)
  • "Bir ömrün nəğməsi" (2020)
  • "Kəpənəklər" (2020)
  • "Sayıram" (2021)
  • "Monoton" (2021)
  • "Cəsarət" (2021)
  • "Karma" (2021)
  • "Zəng elə" (2021)
  • "Bela" (2022)
  • "Şans" (2022)
  • "Çək" (2022)
  • "Busan" (2022)
  • "Unuduram" (2022)
  • "Mənə Pis Olma" (2023)
  • "Nostalgiya" (2023)
  • "Biology" (2023)
  • "Dilək" (2023)
  • "Laylay" (2023)
  • "Etiraf" (2023)
  • "Kədərli Bölüm" feat. Jay Aliyev (2024)
  • "Best" (2024)
  • "Eşq limanı" (2024)
  • "Kim qalacaq" (2025)
  • "Canın sağ olsun" (2025)
  • "Sevə–Sevə" (2025)

Videoqrafiya

Musiqi videolarının siyahısı, buraxılış ili və rejissorları göstərilib
Ad İl Rejissor(lar)
"Mirvarilər" 2018 —
"Biri var" —
"Sevdim" 2019 Bəhruz Abdullayev
"Get" —
"İstəmirəm" Nicat Alışov
"Qorxuram" 2020 —
"Bir ömürün nəğməsi" —
"Kəpənəklər" Nicat Alışov
"Sayıram" 2021 İsmayıl İsmayılov
"Cəsarət" Asəf Rəhimli
"Karma" Emil Hashimli, Mukhtar Hasan
"Zəng Elə" Emil Hashimli
"Bela" 2022 Ece Naz Kızıltan
"Şans" Nuran Mammadov
"Çək" Fuad İsmayılov
"Busan" Togrul Rzayev
"Unuduram" Farman Bashirli
"Mənə Pis Olma" 2023 İsmail Eren Yalçın
"Nostalgiya" Emil Hashimli
"Biology" İsmail Eren Yalçın
"Dilək" Elgün Cəfərov
"Laylay" Rəşad Hüseynov
"Etiraf" Ruslan Cafar
"Kədərli Bölüm" 2024 Fərman Bəşirli
"Best" Hiss, PRoMete
"Eşq limanı" —
"Kim qalacaq" 2025 Ruslan Cafar
"Canın Sağ Olsun " Xəyal Səlimov Vusal Rüstəmov
"Sevə Sevə" Farman Bəşirli Aydın Bayramov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hiss (müğənni) haqqında məlumat. Hiss (müğənni) nədir? Hiss (müğənni) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kos-kosa

  • Fevral 25, 2026

    Kafedral

  • Fevral 27, 2026

    Nitra bölgəsi

  • Fevral 27, 2026

    Şıxlinskilər

  • Fevral 26, 2026

    Kəlam

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst