Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hippolit Fizo (fr. Hippolyte Fizeau; 23 sentyabr 1819[…], Paris, Burbon restavrasiyası – 18 sentyabr 1896[…]) – Fizo eksperimentində işığın sürətini ölçməklə mə

Hippolit Fizo

  • Ana Səhifə
  • Vikipediya
  • Hippolit Fizo

Hippolit Fizo (fr. Hippolyte Fizeau; 23 sentyabr 1819[…], Paris, Burbon restavrasiyası – 18 sentyabr 1896[…]) – Fizo eksperimentində işığın sürətini ölçməklə məşhur olan fransız fizik.

Hippolit Fizo
fr. Armand-Hippolyte-Louis Fizeau
Doğum adı Armand Hippolyte Louis Fizeau
Doğum tarixi 23 sentyabr 1819(1819-09-23)[…]
Doğum yeri
  • Paris, Burbon restavrasiyası
Vəfat tarixi 18 sentyabr 1896(1896-09-18)[…] (76 yaşında)
Elm sahəsi fizika
Təhsili
  • Paris tibb məktəbi[d] (1840–1841),
  • De Frans Kolleci (1842)
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1875),
  • Fransa Elmlər Akademiyası (1860),
  • İsveç Kral Elmlər Akademiyası,
  • Dei Linçei Akademiyası (1870–1883),
  • Prussiya Elmlər Akademiyası[d],
  • Dei Linçei Akademiyası (1883)
Mükafatları "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 1849
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

XIX əsr fransız fiziki, Fransız və İngiltərə Elmlər Akademiyasının üzvü Hippolit Fizo 23 sentyabr 1819-cu ildə Parisdə tibb professoru ailəsində anadan olub. Onun tədqiqatı işi fotoqrafiya proseslərinin təkmilləşdirilməsi ilə bağlı idi. Fransua Araqonun təkliflərindən sonra Leon Fuko və Fizo işıq və istiliyin interferensiyası ilə bağlı bir sıra araşdırmalarda əməkdaşlıq etdilər. 1848-ci ildə elektromaqnit dalğalarının qırmızı yerdəyişməsini proqnozlaşdırdı.

1849-cu ildə Fizo işığın sürətini Ole Römerin 1676-cı ildə müəyyən etdiyi əvvəlki qiymətindən daha yaxşı dəqiqliklə hesabladı. O, 8 kilometr uzaqlıqdakı güzgüdən əks olunan işıq şüasından istifadə etmişdi. Şüa sürətlə fırlanan çarxın dişləri arasındakı boşluqlardan keçirdi. Qayıdan işıq növbəti boşluqdan keçənə və görünənə qədər çarxın sürəti artırıldı.

Fizo işığın sürətini saniyədə 313.300 kilometr olaraq hesabladı ki, bu da düzgün dəyərdən (saniyədə 299,792,458 kilometr) 5 % artıq idi. Fizo 1849-cu ildə işığın sürətini təyin etmək üçün öz metodu ilə əldə etdiyi ilk nəticələri yayımladı. Fizo 1864-cü ildə təklif etdi ki, "işıq dalğasının sürəti uzunluq standartı kimi istifadə olunsun".

Fizo fransız dilində Doppler-Fizo effekti olaraq adlanan Doppler effektinin kəşfində iştirak etmişdir.

1853-cü ildə Fizo kondansatorun istifadəsini induktiv sarğacının səmərəliliyini artırmaq üçün bir vasitə kimi təsvir etdi. Daha sonra o, bərk cisimlərin istilik genişlənməsini tədqiq etdi və kristalların dilatasiyasının ölçülməsində işığın müdaxiləsi fenomenini tətbiq etdi. 1860-cı ildə Fransa Elmlər Akademiyasının üzvü oldu. 18 sentyabr 1896-cı ildə Ventuildə vəfat etdi.

Onun adı ("Fizeau") Eyfel qülləsinə yazılmış 72 addan biridir. Fizo qüllənin 1889-cu ildə Ümumdünya Sərgisi üçün ictimaiyyətə açıldığı zaman hələ sağ olan yeganə şəxs idi. Ayın uzaq tərəfindəki Fizo krateri onun adını daşıyır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hippolit Fizo haqqında məlumat. Hippolit Fizo nədir? Hippolit Fizo nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sevilya FK

  • Fevral 27, 2026

    Nəticə

  • Fevral 27, 2026

    Makrofaqlar

  • Fevral 28, 2026

    Mum

  • Fevral 27, 2026

    Düzqanadlılar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst