Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hideki Yukava (yap. 湯川 秀樹; 23 yanvar 1907[…], Azabu[d], Tokio – 8 sentyabr 1981[…], Kioto) – Yapon nəzəri fizik və Nobel mükafatı laureatı olmuş ilk Yapon. O, b

Hideki Yukava

  • Ana Səhifə
  • Vikipediya
  • Hideki Yukava

Hideki Yukava (yap. 湯川 秀樹; 23 yanvar 1907[…], Azabu[d], Tokio – 8 sentyabr 1981[…], Kioto) – Yapon nəzəri fizik və Nobel mükafatı laureatı olmuş ilk Yapon. O, bu mükafatı "Nüvə qüvvələri ilə bağlı nəzəri tədqiqatlarının əsasında mezonların mövcudluğunu təxmin etdiyinə görə" fizika sahəsi üzrə almışdır.

Hideki Yukava
yap. 湯川 陽翔
Doğum tarixi 23 yanvar 1907(1907-01-23)[…]
Doğum yeri
  • Azabu[d], Minato, Tokio, Yaponiya
Vəfat tarixi 8 sentyabr 1981(1981-09-08)[…] (74 yaşında)
Vəfat yeri
  • Kioto, Kioto prefekturası, Yaponiya
Elm sahəsi fizika
İş yerləri
  • Tokio Universiteti,
  • Kioto Universiteti,
  • Kolumbiya Universiteti,
  • Osaka Universiteti
Təhsili
  • Kioto Universiteti,
  • Osaka Universiteti
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1963),
  • SSRİ Elmlər Akademiyası (1966),
  • Yaponiya Elmlər Akademiyası (1946),
  • Papa Elmlər Akademiyası (1961),
  • Amerika İncəsənət və Elmlər Akademiyası (1961),
  • ABŞ Milli Elmlər Akademiyası (1949),
  • Amerika Fizik Cəmiyyəti[d] (1949),
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (1963),
  • Dei Linçei Akademiyası (1960)
Mükafatları 1-ci dərəcəli "Doğan günəş" ordeni "Mədəniyyət" ordeni — 1943 elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni
Fizika üzrə Nobel mükafatı — 1949 M. V. Lomonosov adına böyük qızıl medal — 1963
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Yukava və ailəsi. 1949-cu il.

Yukava 1907-ci ilin 23 yanvar tarixində Tokioda anadan olub. 1929-cu ildə Kioto Universitetində təhsil aldıqdan sonra dörd il həmin üniversitetdə müəllim olaraq fəaliyyət göstərdi. Yukava məzun olduqdan sonra nəzəri fizika ilə, xüsusən elementar hissəciklər nəzəriyyəsi ilə maraqlanmağa başladı. 1932-ci ildə Sumi Yukava ilə evləndi. 1933-cü ildə 26 yaşında Osaka Universitetində dosent oldu. 1935-ci ildə protonlar və neytronlar arasındakı qarşılıqlı təsiri açıqlayan və elementar zərrəciklər üzrə tədqiqatlara böyük təsir göstərən mezonlar nəzəriyyəsini yayımladı. 1940-cı ildə Kioto Universitetində professor oldu. 1940-cı ildə Yaponiya Akademiyasının İmperator Mükafatını qazandı. 1949-cu ildə Kolumbiya Universitetində professor oldu. Həmin il onun 1947-ci ildə mövcudluğunu irəli sürdüyü pi mezonunun Sesil Frenk, Cüzeppe Okkialini və Sezar Lattes tərəfindən kəşfindən sonra Fizika üzrə Nobel mükafatını qazandı.

Yukava 1953-cü ildə Nəzəri Fizika üzrə Yukava İnstitutunun ilk sədri oldu. Paris Universitetindən fəxri doktorluq dərəcəsi aldı və London Kral Cəmiyyətinin fəxri üzvü seçildi. Yukava Nəzəri fizikanın tərəqqisi (Progress of Theoretical Physics) elmi jurnalının redaktoru idi. Yukava 1946-cı ildə Kvant Mexanikasına Giriş və 1948-ci ildə isə Elementar Zərrəciklər Nəzəriyyəsinə Giriş adlı kitablarını çap etdirdi. 1955-ci ildə, o, nüvə tərk-silahını təşviq edən Rassel-Eynşteyn manifestinə imza atmaqda digər on aparıcı alim və intellektuala qoşuldu.

Yukava 1981-ci ilin 8 sentyabr tarixində Kiotodakı evində 74 yaşında sətəlcəm və ürək çatışmazlığından vəfat etdi.

Biblioqrafiya

  • Profiles of Japanese science and scientists, 1970 – supervisory editor: Hideki Yukawa (1970)
  • Creativity and intuition: a physicist looks at East and West by Hideki Yukawa; translated by John Bester (1973)
  • Scientific works (1979)
  • Tabibito (旅人) – The Traveler by Hideki Yukawa; translated by L. Brown & R. Yoshida (1982), ISBN 9971950103

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hideki Yukava haqqında məlumat. Hideki Yukava nədir? Hideki Yukava nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Etnonim

  • Fevral 27, 2026

    Şimali-Qafqaz əmirliyi

  • Fevral 27, 2026

    Makkuori Universiteti

  • Fevral 26, 2026

    SOCAR

  • Fevral 24, 2026

    22 dekabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst