Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəhər XVI–XVII əsrlərin qovşağında Qolkondanın paytaxtı kimi salınmışdır. 1724–1956-cı illərdə Haydarabad Haydarabad knyazlığının paytaxtı və nizamlərin iqamətg

Heydərabad (Hindistan)

  • Ana Səhifə
  • Vikipediya
  • Heydərabad (Hindistan)

Heydərabad — Hindistanda şəhər.

Heydərabad
హైదరాబాదు
17°21′42″ şm. e. 78°28′29″ ş. u.HGYO
Ölkə
  •  Hindistan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1592
Sahəsi
  • 650 km²
Mərkəzin hündürlüyü 505 ± 1 m
Saat qurşağı
  • UTC+05:30
Əhalisi
Əhalisi
  • 9.305.000 nəf. (2016)
Rəsmi dili
  • Teluqu dili,
  • Urdu dili,
  • ingilis dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 40
Poçt indeksi 500001
Nəqliyyat kodu TG09, TG10, TG11, TG12, TG13, TG14
Digər
ghmc.gov.in
Xəritəni göstər/gizlə
Heydərabad xəritədə
Heydərabad
Heydərabad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Şəhər XVI–XVII əsrlərin qovşağında Qolkondanın paytaxtı kimi salınmışdır. 1724–1956-cı illərdə Haydarabad Haydarabad knyazlığının paytaxtı və nizamlərin iqamətgahı olmuş, 1956-cı ildən isə Andhra Pradeş ştatının paytaxtıdır. Şəhər moğol hökmdarları tərəfindən tikilmişdir; onlardan çoxlu gözəl saraylar, məscidlər, türbələr və yaşayış evləri qalmışdır. Haydarabad Hindistanın digər şəhərləri ilə müqayisədə nisbətən gənc şəhərdir. 400 il əvvəl Qütb Şahlar sülaləsinin beşinci müsəlman sultanı Məhəmmədqulu tərəfindən salınan şəhər adını həm də Haydar (aslan) ləqəbi ilə tanınan saleh xəlifə Əli ibn Əbu Talibin şərəfinə almışdır. Haydarabadı bəzən “Mirvari şəhəri” adlandırırlar, çünki artıq uzun illərdir ki, burada müxtəlif növ mirvarilər almaq mümkündür.

İstanbulda 14 yanvar 2023-cü ildə 89 yaşında Haydarabadın 8-ci nizamı və bir zamanlar Hindistanın ən varlı adamı olmuş Navab Mukərrəm Cah Bahadur vəfat etmişdir. O, 1967-ci ildə babası Asaf Cah VII-nin ölümündən sonra Haydarabadın titul nizamı olmuşdur. Anası Osmanlılar nəslindən olan sonuncu xəlifə II Əbdülməcidin qızı Dürrüşşəvar idi. Onun ölümü ilə Haydarabad nizamatı hətta titul formasında da sona çatır. O, hələ də bir neçə saraya sahib olduğu Haydarabadda dəfn edilmişdir.

Arxitekturası

Şəhər XVIII əsrə aid, Məkkədəki məşhur məscidin nümunəsi əsasında tikilmiş böyük Məkkə məscidi; bəzən “Şərqin Zəfər Tağı” adlandırılan Çarminar (“dörd minarə”) adlı triumfal darvazalar; 1918–1960-cı illərdə inşa olunmuş universitet binaları (onların arasında ən böyük Osmaniya Universitetinin binası (1918) və indo-sarasen üslubunda tikilmiş Humanitar Elmlər Kollecinin binası); 1962-ci ildə tikilmiş teatr; Çaumahalla və Falaknuma (telugu dilində Phalaknuma) sarayları ilə seçilir.

Haydarabad şəhəri daxilində XVII–XVIII əsrlərə aid Qolkonda qalası və bir neçə mavzoley yerləşir. Hündür təpədə ucaldılmış Qolkonda fortu özünəməxsus su təchizatı sistemi və hər axşam keçirilən (ingilis dilində şərhlərlə) işıq şousu ilə məşhurdur. Fortun yaxınlığında təxminən 170 il ərzində Qolkondanı idarə etmiş Qütbşahlar (Qutubşahlar) sülaləsinin sultanlarının məqbərələri yerləşir. Bu, böyük dairəvi günbəzləri və incə memarlığı ilə seçilən mürəkkəb binalar kompleksidir. Taleyin ironiyasına baxmayaraq, məqbərələr arasında ən sadəsi sülalənin banisi Sultan Qütbül-Mülkə məxsusdur; o, hələ sağlığında bu məqbərəni özü layihələndirmiş və inşa etdirmişdir. Kompleksin unikallığı hind, fars və patan ünsürlərinin indo-fars memarlıq üslubunda vəhdətindədir.

Haydarabadın əsas görməli yerləri sırasında bunlar da yer alır:

  • Qanunvericilik Assambleyasının binası — fars və racastxani memarlıq üslublarının sintezini əks etdirən, şəhərin ən möhtəşəm və təsirli binalarından biri.
  • Birla Elmi Mərkəzi — Hindistanın ən nüfuzlu elmi müəssisələrindən biri olub, Birla planetariumu, elmi muzey və dinozavriumdan ibarətdir.
  • HITEC City — çoxsaylı yüksək texnologiyalı IT və ITES şirkətlərinin cəmləşdiyi ərazi. Haydarabad Hindistanın “Silikon vadisi” adlandırılmaq uğrunda Banqalorla rəqabət aparır.
  • Müqəddəs Georgi kilsəsi — şəhərin ən qədim xristian məbədi.
  • Birla Mandir — 1976-cı ildə tikilmiş, Venkateşvara tanrısına həsr olunmuş hindu məbədi. Şəhərin ən çox ziyarət edilən yerlərindən biridir; hər gün onu 8–10 min nəfər ziyarət edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Heydərabad (Hindistan) haqqında məlumat. Heydərabad (Hindistan) nədir? Heydərabad (Hindistan) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pilot kabinəsi

  • Fevral 27, 2026

    Tula

  • Fevral 27, 2026

    Tiya

  • Fevral 27, 2026

    Pəncərə

  • Fevral 27, 2026

    Qustav Kirxhof

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst