Herher — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
| Kənd | |
| Herher | |
|---|---|
| |
| 39°46′24″ şm. e. 45°32′19″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Dərələyəz mahalı |
| Rayon | Paşalı rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.680 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Herher | |
Tarixi
Rayon mərkəzindən 17 km şimal-qərbdə, Arpaçayın sağ qolu olan Herherçayın yanında yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Hərhər kimi, Qafqazın 5 verstlik xəritəsində Qerqer (Herher) formasında qeyd edilmişdir. Kəndin qədim adı erməni, eləcə də rus mənbələrində Erern formasında göstərilir. Kəndin adı VIII əsrdə Erern formasında xatırlanır. Kənddə albanlara məxsus məbəd 1291-cı ildə tikilmişdir.
Toponimi
Toponim Strabonun «Coğrafiya» əsərində adı çəkilən qarqar tayfasının adı əsasında formalaşmışdır. Qarqar tayfası qədim türk tayfalarından biridir). Qarqar etnonimindəki q səsi h səsinə keçərək Herher formasını almışdır. Q~h səs əvəzlənınəsi Azərbaycan dilində qanunauyğun haldır: qamuhamı, qansıhansı sözlərindən q~h səs əvəzlənınəsi özünü aydın şəkildə göstərir. Ümumiyyətlə, XVIII əsrə qədər h səsi ilə başlayan sözlər (sual əvəzlikləri) q səsi ilə işlənmişdir. Herher etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı indi Gerger (Gərgər) formasında işlənir. Elə Gərgər qarqar türk etnoniminin səs dəyişməsi əsasında yaranan bir variantıdır. 1728-ci ilə aid mənbədə Dərələyəz nahiyəsində Hərhər kimidir . 1832-ci ildə kənddə gəlmə еrmənilər də yеrləşmişlər. Bundan sonra kəndin əhalisi qarışıq yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1922-ci ildə əhali qayıdaraq yеnidən məskunlaşmışdır. Əhalinin bir qismi 1949-cu ildə Azərbaycana köçürülmüş, qalanı isə 1988-ci ildə qovulmuşdur. 1728-ci ilə aid mənbədə Hərhər kimidir . Qarqar еtnoniminin təhrifidir.
Əhalisi
Burada 1831-ci ildə 213 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1850-70-cı illərdə kəndə İranın Salmas vilayətindən köçürülmüş ermənilər yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı, 1873 - cü ildə 647 nəfər, 1886-cı ildə 656 nəfər, 1897-ci ildə 1047 nəfər, 1914 - cü ildə 1220 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq azərbaycanlılar deportasiya olunmuşdnr. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıtmışlar. Burada 1922-ci ildə 156 nəfər, 1926-cı ildə 220 nəfər, 1931-ci ildə 278 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-1953 - cü illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Herher haqqında məlumat. Herher nədir? Herher nə deməkdir?

