Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Britannika Ensiklopediyası (ing. Encyclopaedia Britannica) — ingilis dilində universal ensiklopediya. Şotland maarifçiləri Adam Blek və Çarlz Blek tərəfindən Ed

Britannika Ensiklopediyası

  • Ana Səhifə
  • Vikipediya
  • Britannika Ensiklopediyası

Britannika Ensiklopediyası (ing. Encyclopaedia Britannica) — ingilis dilində universal ensiklopediya. Şotland maarifçiləri Adam Blek və Çarlz Blek tərəfindən Edinburq şəhərində yaradılmışdır.

Britannika Ensiklopediyası
ing. Encyclopædia Britannica
Müəllif Endrü Bell[d]
Janr ensiklopediya
Orijinalın dili Britaniya ingiliscəsi
Ölkələr
  •  Birləşmiş Krallıq
  •  ABŞ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1913. Britannika ensiklopediyasının reklam plakatı.

Mündəricat

Tarixi

İlk nəşri ensiklopedik lüğət əsasında 1768–1771-ci illərdə 3 cilddə həyata keçirilmişdir. Britannika ensiklopediyasının ilk 8 nəşri Edinburq şəhərində buraxılmışdır. 1870-ci ildə nəşriyyat "The Times" qəzetinin himayəsi altına verilir və London şəhərinə köçürülür. Ensiklopediyanın 11-ci nəşrini Kembric universiteti 1500 ekspertin iştirakı ilə həyata keçirir. 1901-ci ildə Britannika ensiklopediyası ABŞ-nın Çikaqo şəhərindən olan Huper adlı mülkiyyətçi tərəfindən alınır. 20-ci illərdə ensiklopediya "Sheers, Roobeck & Co" firması tərəfindən satın alınır və 1941-ci ildə Çikaqo universitetinə bağışlanır.

1974-cü ildə Britannika ensiklopediyasının sonuncu – 15-ci nəşri ("New Encyclopaedia Britannica" adı altında və ya Britannica 3) buraxılır. 1985-ci ildə ensiklopediya Mortimer Adler tərəfindən yenidən işlənərək iki hissəyə ayrılır: "Mikropediya" və "Makropediya". Buradakı məqalələr məlumatların dərinliyinə görə fərqlənirlər. 1994-cü ildə Britannika ensiklopediyasının CD-ROM-da elektron variantı buraxılır.

1996-cı ildə Britannika ensiklopediyasının hüquqları İsveçrə milliarderi Jak Safranın (Jacqui Safra) ixtiyarına keçir. Britannikanın əmtəə nişanının hüquqları Encyclopaedia Britannica Inc kompaniyasına aiddir.

Ensiklopediyanın 15-ci nəşrinə 120 min məqalə, 44 mln söz daxildir. Çap halında 32 cild, 32 min səhifə, 65 mindən çox məqalə, 24 min fotoşəkil, xəritə və təsvir vardır. Qiyməti 1400 dollardır.

CD-ROM-da Britannika ensiklopediyası 100 min məqalə malikdir və qiyməti 50 dollar ətrafında dəyişir. Lakin 1998-ci ildə ensiklopediyanın kompakt disklərdə buraxılan elektron variantının qiyməti 2000 dollar idi.

Britannika internetdə

32 cildlik Britannika ensiklopediyasının kağız variantı ilə yanaşı onlayn variantı da mövcuddur. Dünyanın ən böyük ensiklopediyalarından biri sayılan Britannika ensiklopediyasın İnternetdəki variantına 122264 məqalə daxildir. Ensiklopediyaya daxil olmaq üçün istifadəçilər illik 60 dollara qeydiyyata alına bilərlər. Bunlardan əlavə ensiklopediyaya 403 seçilmiş qəzet və jurnallardan 300000 material daxil edilmişdir. Mətn şəklində verilmiş hər bir informasiyanı on minlərlə şəkil və video tamamlayır. Britannika ensiklopediyası universal informasiya mənbəyi kimi dünyanın bir sıra universitet və elmi təşkilatlarında istifadə edilir. Oksford və Harvard universitetləri də daxil olmaqla bu ensiklopediyadan istifadə edən təhsil ocaqlarının ümumi sayı artıq 4755 olmuşdur.

Fəaliyyət göstərdiyi 239 il ərzində Britannika ensiklopediyası dünyada ən çox müraciət olunan ingilis dilli ensiklopediya statusunu almışdır. 2012-ci ildə Britannika Ensiklopediyası 244 il çap tarixindən sonra kağız nəşrlərini dayandırdı və ancaq multimedia formatına keçdi. Beləliklə, Britannikanın 2010-cu il çap nəşri sonuncu oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Britannika Ensiklopediyası haqqında məlumat. Britannika Ensiklopediyası nədir? Britannika Ensiklopediyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Hərbi magistr

  • Fevral 23, 2026

    Çeçenlər

  • Fevral 23, 2026

    LibreOffice Writer

  • Fevral 23, 2026

    21 avqust

  • Fevral 24, 2026

    Mədəniyyət

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst