Henretta Mariya (fr. Henriette Marie, ing. Henrietta Maria; 25 noyabr 1609[…], Paris, Fransa krallığı – 10 sentyabr 1669[…]) — İngiltərə, İrlandiya və Şotlandiya kralı I Karlın xanımı, Fransa kralı IV Henrinin qızı. O həmçinin İngiltərə kralı II Karl və onun xələfi olan II Ceymsin anası idi. Bununla birlikdə ərinin yazdığı fərmanla bütün İngiltərədə Kraliça Mariya olaraq tanınsa da, o bu adı bəyənmədi və öz məktublarında "Henriette R" imzasından istifadə etdi.
| Henretta Mariya | |
|---|---|
| fr. Henriette Marie de France | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 25 noyabr 1609[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 10 sentyabr 1669[…] (59 yaşında) |
| Vəfat səbəbi | Həddindən artıq doza[d] |
| Dəfn yeri |
|
| Atası | IV Henrix |
| Anası | Mariya Mediçi |
| Həyat yoldaşı |
|
| Uşaqları |
|
| | |
| | |
Onun Roma-Katolik məzhəbinə bağlılığı İngiltərədə güclənməsinə mane oldu. Məhz bu səbəblə heç vaxt tacqoyma mərasimi keçirilmədi. İngiltərə vətəndaş müharibəsinin alovlandığı 1644-cü ildə ən kiçik qızı və adaşı olan Henrettanın dünyaya gəlişinin ardından Fransaya sığındı. Əri I Karlın məğlub olaraq edam edilməsinin ardından İngiltərədəki bütün nüfuzunu itirdi. Parisdə yaşamağa başlayan Henretta Mariya oğlunun 1665-ci ildə İngiltərədə taxta çıxmasıyla yenidən Londona qayıtdı. Ancaq çox keçmədən 1665-ci ildə yenidən Parisə getdi və 4 il sonra burada vəfat etdi.
Adı Şimali Amerikadakı ilk katolik məskənlərindən olan və sonradan ştat halını alan Merilend əyalətinə verildi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Henretta Mariya haqqında məlumat. Henretta Mariya nədir? Henretta Mariya nə deməkdir?
