Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksandr Qrossheym (rus. Александр Альфонсович Гроссгейм) — sovet botaniki, biologiya elmləri doktoru (1935), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1

Aleksandr Qrossheym

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksandr Qrossheym

Aleksandr Qrossheym (rus. Александр Альфонсович Гроссгейм) — sovet botaniki, biologiya elmləri doktoru (1935), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ Elmlər Akademiyasının akademiki (1946), SSRİ Dövlət mükafatı laureatı (1948).

Aleksandr Qrossheym
rus. Александр Альфонсович Гроссгейм
Doğum tarixi 23 fevral (6 mart) 1888(1888-03-06)
Vəfat tarixi 4 dekabr 1948(1948-12-04) (60 yaşında)
Vəfat yeri
  • Leninqrad, RSFSR, SSRİ
Dəfn yeri
  • Literatorski mostki[d]
Elm sahələri botanika, Filogenetika
Elmi adı
  • SSRİ Elmlər Akademiyasının akademiki[d]
İş yerləri
  • Sankt-Peterburq Dövlət Universiteti,
  • Botanika İnstitutu (1912–1929),
  • Tbilisi botanika bağı (1929–1946)
Təhsili
  • Moskva İmperator Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d],
  • Moskva Dövlət Universiteti
Üzvlüyü
  • Rusiya Elmlər Akademiyası (1939–1946),
  • Rusiya Elmlər Akademiyası (1946)
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
2-ci dərəcəli "Stalin" mükafatı — 1948

Mündəricat

Həyatı

Aleksandr Qrossheym 6 mart 1888-ci ildə Yekaterinoslavski quber­niya­sının Verxnednepetrovsk qəzasının Lixovka kəndində anadan olmuşdur. Ali təhsilini Moskva Dövlət Universitetinin Təbiət fakültəsinin Biologiya bölməsində almışdır.

Əmək fəaliyyəti

Aleksandr Qrossheym 1913-1926-cı illərdə Tbilisi Botanika Bağında botanik-florist kimi çalışmışdır. 1917-ci ildə Tiflis Politexnik İnstitutunun Botanika kafed­rasında assistent və dosent vəzifələrində işləmişdir. Elmi -pedaqoji fəaliyyətini 1927-ci ildən Bakıda davam etdirəm Qrossheym 1927-1929-cu illərdə Bakı Dövlət Universitetinin dosenti, 1929-cu ildə professoru, 1930-1934-cü illərdə Azər­baycan Pedaqoji İnstitutunun Botanika kafedrasının müdiri, 1934-1947-ci illərdə isə Azərbaycan Dövlət Uni­versitetinin Ali bitkilərin sistematikası və morfologiyası kafedrasının müdiri olmuşdur.

Aleksandr Qrossheym 1936-cı ildə Bakıda Botanika Bağının, 1936-1947-ci illər­də isə Botanika İnstitutunun ilk direk­toru olmuşdur. O, 1946-1948-ci illərdə SSRİ EA V.L.Komarov adına Bota­nika İsti­tutunun Qafqaz herbarisi sektoruna, 1947-1948-ci illərdə Leninqrad Dövlət Universitetinin Bitki sistematikası və morfolo­giyası kafedrasına rəhbərlik etmişdir.

Akademik fəaliyyəti

A.A. Qrossheym Qafqazın, o cümlədən Azərbaycanın bitki ehtiyatları, bitkiçiliyi və florası üzrə geniş tədqiqat işləri aparmışdır. Onun təşəbbüsü ilə Respublikada qoruqlar, xüsusilə də Lənkəran və Muğan qoruqları, həmçinin Herbari fondu yaradılmış və herbari kolleksiyasının saxlanma metodikası və strukturu işlənib hazırlanmışdır. Əsas tədqiqatı Qafqazın florası, bitki örtüyü və bitki ehtiyatlarınin öyrənilməsinə həsr olunmuşdur. A. A. Qrossheymin elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri arasında floristik-sistematika mühüm yer tutur. 300-dək yeni növ təsvir etmişdir. Akademikin çoxsaylı monoqrafiya və kitabları, həmçinin 200-dən çox elmi əsərinin yarısı Azərbaycanda işlədiyi dövrdə çap olunmuşdur. Qrossheym örtülütoxumluların orijinal filogenetik sistemini irəli sürmüşdür.

Kitabları

  • "Qafqaz florası" (1928–1967, VIII cildli)
  • "Azərbaycan florası" (1934–1936, III cildli)
  • "Qafqaz florasının analizi" (1936)
  • "Qafqazın bitki ehtiyatları" (1946)
  • "Qafqazın bitki örtüyü" (1948)
  • "Qafqaz bitkilərinin təyinedicisi" (1949)

Mükafatları

  • "Qaf­qazın müda­fiəsi" medalı
  • "Qırmızı əmək bayrağı" ordeni
  • Rusiya Coğrafiya Cə­miy­yəti­nin qızıl medalı (1932)
  • "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində rəşa­dətli əməyə görə" medalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Qrossheym haqqında məlumat. Aleksandr Qrossheym nədir? Aleksandr Qrossheym nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zərbxana

  • Mart 01, 2026

    Frederik Kuk

  • Fevral 27, 2026

    Dilin mənimsənilməsi

  • Fevral 27, 2026

    Paleontoloq

  • Mart 01, 2026

    Texnion

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst