Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hayrunnisə Qadınəfəndi (d. 2 mart 1876, Balıkəsir - ö. 3 sentyabr 1936, Nitsa) — son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin üçüncü xanımı.

Hayrunnisə Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Hayrunnisə Qadınəfəndi

Hayrunnisə Qadınəfəndi (d. 2 mart 1876, Balıkəsir - ö. 3 sentyabr 1936, Nitsa) — son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin üçüncü xanımı.

Hayrunnisə Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 2 mart 1876
Vəfat tarixi 3 sentyabr 1936 (60 yaşında)
Vəfat yeri
  • Nitsa
Həyat yoldaşı Əbdülməcid Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Həyatı

Hayrunnisə xanım 2 mart 1876-cı ildə Balıkəsirin Bandırma və ya Gönən ilçəsində dünyaya gəldi. Ailəsinin kimliyi ilə bağlı dəqiq məlumat olmasa da, tarixçi Harun Açba yazdığı "Kadın Efendiler" kitabında onun ubıx əsilli olduğunu iddia edir. Yenə Harun Açbaya görə, sarayda bir çox qohumları xidmət edirdi və onlardan birinin vasitəsilə Sultan Əbdülhəmid dönəminin son illərində hərəmə alınaraq burada mükəmməl təhsil aldı. 18 iyun 1902-ci ildə Ortaköy sarayında Sultan Əbdülhəmidin icazəsiylə, Osmanlı şahzadələrindən Əbdülməcid Əfəndiylə evləndirildi. Bu, şahzadənin ikinci evliliyi idi və bu evlilikdən cütlüyün övladı olmadı.

"Hərəmdə Bethoven" (1915), Əbdülməcid Əfəndi

1922-ci ildə yaranan siyasi gərginlik onların da həyatını dəyişdirdi. TBMM 1 noyabr 1922-ci ildə 431 saylı iki maddədən ibarət bir qanunla səltənət və xilafəti bir-birindən ayıraraq səltənəti ləğv etdi. Beləliklə, Osmanlı sülaləsinə qarşı ilk addım atıldı. Həmin qanunun ikinci maddəsində xəlifəliyin Osmanlı ailəsinə məxsus olduğu, TBMM tərəfindən bu ünvanın Osmanlı ailəsindən ən layiqli şəxsə veriləcəyi qeyd edildi. 19 noyabrda Əbdülməcid Əfəndini xəlifə seçdi. Nəticədə Hayrunnisə xanım, xəlifə Əbdülməcid Əfəndinin digər xanımlarıyla birlikdə Dolmabağça sarayında yaşamağa başladı.

Ancaq çox keçmədən siyasi vəziyyət yenidən dəyişdi və 3 mart 1924 tarixində xəlifəliyin ləğvi və Osmanlı sülaləsinin ölkədən sürgün edilməsini bildirən 431 saylı qanun qəbul edildi. Hayrunnisə xanım Osmanlı sülaləsinə mənsub olmasa da, sürgünə göndərilən Əbdülməcid Əfəndiylə birlikdə ölkəni tərk etdi. Uzun səyahətin ardından 1924-cü ilin oktyabrında Fransaya gedən və burada Nitsa şəhərində Əbdülməcid Əfəndi və digər mühacirlərlə sakit bir həyat yaşayan Hayrunnisə xanımın sürgün illəriylə bağlı yetərli məlumat yoxdur. 3 sentyabr 1936-cı ildə Nitsada vəfat etdi.

Həm Hayrunnisə xanım, həm də Əbdülməcid Əfəndi incəsənətə maraqlı idi. Mükəmməl violonçel ifaçısı olan Hayrunnisə xanım Əbdülməcid Əfəndinin "Hərəmdə Bethoven" əsərində də təsvir edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hayrunnisə qadınəfəndi sözünün mənası, hayrunnisə qadınəfəndi haqqında məlumat. hayrunnisə qadınəfəndi nədir? hayrunnisə qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nitq hissələri

  • Mart 06, 2026

    Dnestryanı münaqişəsi

  • Fevral 27, 2026

    Yeni Bəyazid

  • Mart 06, 2026

    Şirvan əyaləti

  • Mart 05, 2026

    Joao Avelanj

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst