Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Halmaxera dənizi (ing. Halmahera Sea) — Sakit okeanında adalar arası dəniz olaraq, İndoneziyaya məxsus Molukka və Yeni Qvineya adaları arasında yerləşir. Qərbdə

Halmahera dənizi

  • Ana Səhifə
  • Vikipediya
  • Halmahera dənizi

Halmaxera dənizi (ing. Halmahera Sea) — Sakit okeanında adalar arası dəniz olaraq, İndoneziyaya məxsus Molukka və Yeni Qvineya adaları arasında yerləşir. Qərbdə Halmahera, şimalda Vayqeo, şərqdə Cedravasix, cənubda Misool, cənub qərbdə isə Obi adaları arasında mövqe tutur. Sahəsi 75,000 km², həcmi 56,000 km³, orta dərinliyi 747 m, ən dərin yeri isə 2072 metr təşkil edir. Səthində temperatur avqustda 25,7 S, mayda isə 28,6 S təşkil edir. Duzluğu 34-34,6 ‰ arası dəyişir. Əsas limanı Soronq (Yeni Qvineya).

Halmaxera dənizi
ing. Halmahera Sea
Dənizin yerləşdiyi ərazi
Dənizin yerləşdiyi ərazi
Ümumi məlumatlar
Sahəsi 75,000 km²
Həcmi 56,000 km³
Dərin yeri 2072 m
Orta dərinliyi 747 m
Yerləşməsi
0°17′08″ c. e. 129°28′46″ ş. u.HGYO
Ölkə  İndoneziya
Üst akvatoriyası
  • Sakit okean
Yerləşməsi Cənub Şərqi Asiya
Seram dənizi (Sakit okean)
Seram dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Dib relyefi

Halmahera dənizi

Qısa və ensiz şelf xəttinə malikdir. Şimal-şərq, şərq ərazilərdə şelf xətti nisbətən parçalıdır və dənizdə kiçik dayazlıqlar əmələ gətirir. Dərinlik birdən-birə artaraq 1000 metrə çatır. Dənizin cənubunda dərinlik 2000 metri də keçir. Boğazlarda dərinlik 1000 m, cənub hissələrdə isə 100–500 m çatır. Bu səbəbdən cənub boğazlarında axınlar daha güçlüdür.

İqlimi

Dəniz ekvatorial iqlim qurşağında yerləşir və mussonların təsirinə məruz qalır. İl boyu isti və rütubətli iqlimə malikdir. Temperatur 28 s, bəzi yerlərdə isə 35 s qədər yüksəlir. Dekabr-mart ayları qış mussonları müşahidə edilir. Bu zaman küləklər şimal-qərb, qərb, şimal-şərq istiqamətində əsir. Apreldən Maya qədər cənub-qərb küləkləri, iyun-sentyabr ayları isə cənub-şərq küləkləri müşahidə edilir. Dənizdə sentyabrda küləklərin güçü 3–5 m/san, qışda isə Sibir antisiklonu ilə Avstraliya antisiklonunun təsirinə məruz qalması ilə əlaqədar 5–6 m/san təşkil edir. İl boyu yağıntılı olur və yağıntının miqdarı 2500 mm yüksək olur.

Canlılar aləmi

Dəniz canlılar aləmi zəngindir. Cənub hissədə isə nisbətən azdır. Burada delfin, dəniz tısbağası, skatlar və köpək balıqlarına rast gəlinir. Dənizdə 1309 növ balıq, 537 növ mərcan, 699 növ molusk vardır. Bu cür növ müxtəlifliyi dənizə alimləri və turistləri cəlb edir. Vayqeo adasında mirvari ferması vardır.

İstinad

  1. (PDF). Beynəlxalq Hidroqrafiya Cəmiyyəti. 1953. 2011-10-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 7 Fevral 2010.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Halmahera dənizi haqqında məlumat. Halmahera dənizi nədir? Halmahera dənizi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Yeni Əhd

  • Fevral 27, 2026

    Cüneyd Bağdadi

  • Fevral 27, 2026

    Valualı Ketrin

  • Fevral 27, 2026

    Deyləmilər

  • Fevral 23, 2026

    Milyon

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst