Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Haldun Taner 16 mart 1915-ci ildə İstanbulda anadan olmuşdur. Orta təhsilini 1935-ci ildə Qalatasaray Sultanisində bitirdikdən sonra, dövlət tərəfindən təhsilin

Haldun Taner

  • Ana Səhifə
  • Vikipediya
  • Haldun Taner

Haldun Taner — Türkiyə yazıçısı, jurnalist.

Haldun Taner
türk. Haldun Taner
Doğum tarixi 16 mart 1915
Doğum yeri Türkiyə, İstanbul
Vəfat tarixi 7 may 1986 (71 yaşında)
Vəfat yeri Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Milliyyəti Türk
Təhsili Ali
İxtisası Ədəbiyyatşünas
Fəaliyyəti jurnalist, yazıçı
Əsərlərinin dili Türk dili
İlk əsəri "Töhmet", 1946-cı il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Haldun Taner 16 mart 1915-ci ildə İstanbulda anadan olmuşdur. Orta təhsilini 1935-ci ildə Qalatasaray Sultanisində bitirdikdən sonra, dövlət tərəfindən təhsilini davam etdirmək üçün Almaniyaya — Heydelberq Universitetinə göndərilib. 1938-ci ildə ağır vərəm xəstəliyinə görə təhsilini yarım qoyub, vətəninə qayıdır. 1938–1942-ci illərdə Erenköy Sanatoriyasında müalicə olunur.

Ali təhsilini 1950-ci ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsi Alman Filalogiyası bölməsində tamamlamışdır.

27 may 1960-cı ildəki hərbi çevriliş nəticəsində universitetdən uzaqlaşdırılan və "147-lər" adlanan alimlər arasında idi.

Yaradıcılığı

Ədəbiyyat yaradıcılığına gənclik illərində yazdığı eskizlərlə başlamışdır. "Töhmət" adlı ilk hekayəsi 1946-cı ildə "Yedigün" jurnalında "Haldun Yağcıoğlu" təxəllüsü ilə çap edilmişdir. Yazıçılıqla yanaşı, İstanbul Universiteti Qəzetçilik İnstitutunda, Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsində, İstanbul Universiteti Ədəbiyyat fakültəsində ədəbiyyat, sənət tarixi və teatr dərsləri verən Haldun Taner, "Milliyət" qəzetində redaktor işləyərkən, 7 may 1986-cı ildə İstanbulda vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, haldun taner sözünün mənası, haldun taner haqqında məlumat. haldun taner nədir? haldun taner nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Şaş vilayəti

  • Mart 01, 2026

    1984-cü il

  • Fevral 27, 2026

    Amper qanunu

  • Mart 03, 2026

    Babaşlar

  • Mart 01, 2026

    Hantsvill (Alabama)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst