Babaşlar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təkəqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Lev kənd Sovetindən Babaşlar kəndi Təkəqaya kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
| Babaşlar | |
|---|---|
| 40°15′03″ şm. e. 46°07′10″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.887 m |
| Saat qurşağı |
|
![]() Babaşlar | |
Toponimikası
Əsl adının Babakişilər olduğu güman edilir. Babaşlar ayrımlara məxsus bir nəslin adıdır. Etnotoponimdir. 1917-ci ildə Lənkəran qəzasının Lerik bölgəsində Babaşlı (1921-ci ildə dağıdılmışdır), 1933-cu ildə Xacmaz rayonunun Əhmədoba inzibati ərazi vahidində Babaşlı kəndləri qeydə alınmışdır.
Coğrafiyası və iqlimi
Kənd Ağçayın sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, babaşlar sözünün mənası, babaşlar haqqında məlumat. babaşlar nədir? babaşlar nə deməkdir?
