Əbu Abdillah Məhəmməd ibn Abdillah ibn Məhəmməd əl-Hakim ən-Nisaburi (ərəb. الحاكم النيسابوري; 933, 933 və ya 4 mart 933, Nişapur – 1014, 1014 və ya 3 avqust 1014, Nişapur) — "əl-Müstədrək" adlı əsərin müəllifi olan hədis hafizi.
| Hakim ən-Nisaburi | |
|---|---|
| ərəb. محمد الحاكم النيسابوري ərəb. محمد بن عبد الله بن حمدويه بن نعيم الضبي | |
| |
| Doğum tarixi | 933, 933 və ya 4 mart 933 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1014 (80–81 yaşında), 1014 (80–81 yaşında) və ya 3 avqust 1014 (80–81 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | insult |
| Elm sahəsi | hədis elmi |
| Tanınmış yetirmələri | Əbu Nuaym əl-İsfahani, Darəqutni, Beyhəqi |
Bioqrafiyası
3 Rəbiül-əvvəl 321-ci ilədə (mart 933) Nişaburda doğulub. Babalarına nisbətlə İbnül-Bəyyi, Dəbbi və Təhmani nisbələri ilə də tanınır. Nişabur qazısı olduğu üçün ona Hakim ləqəbi verilib. 9 yaşından hədis öyrənməyə başlayıb. İbn Hibbana, İbnül-Əxrama, Əbül-Abbas Əsama, Əbu Əli ən-Nisaburiyə, Hakim əl-Kəbirə və Əbül-Vəlid əl-Uməviyə tələbəlik edib. Əbu Osman əl-Məğribi, Əbu Yalə Xəlili, Əbu Zər əl-Hərəvi, Beyhəqi, Əbu Saleh əl-Müəzzin və Əbdülkərim ibn Həvazin Qureyşi onun tələbələridir.
O, 3 Səfər 405-ci (3 avqust 1014) ildə vəfat etmişdir. Əbu Yalə əl-Xəlilinin onun 403-cü (1012) ildə vəfat etdiyini deməsi isə bir unutqanlıq (və ya yanılma) olaraq qəbul edilmişdir.
Hədis elmindəki yeri
Mənbələrdə Hakimin güclü bir hədis hafizi olduğu qeyd olunur. Müəllimlərindən hədis hafizi və tənqidçisi olan Əbül-Hüseyn Məhəmməd ibn Məhəmməd əl-Həccaci onun özündən daha güclü bir hafiz olduğunu söyləyir, dövrün tanınmış mühəddisi Hakim əl-Kəbir isə yerini ancaq tələbəsi onun doldura biləcəyini demişdir. Çağdaşı və həmşəhərlisi olan hədis hafizi Əbu Həzim əl-Əbduyi, hədisləri əzbərləmə və onların qüsurlarını bilmə sahəsində Nişaburda Müslimdən sonra yetişən nadir hafizlar arasında Hakimin adını da çəkir və İslam dünyasında hər dövrdə bir-birinə bərabər alimlər olsa da, onun dövründə Hakimin tayı olmadığını bildirir. Darəqutni isə Hakimin hafizəsinin Əbu Abdullah İbn Məndənin hafizəsindən daha möhkəm olduğunu qeyd etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hakim ən-Nisaburi haqqında məlumat. Hakim ən-Nisaburi nədir? Hakim ən-Nisaburi nə deməkdir?
