Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsən Əlibəyli — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü, "Azərbaycanın beynəlxalq əlaqələri tarixi" şöbəsinin müdiri, tarix üzrə elmlər

Həsən Əlibəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Həsən Əlibəyli

Həsən Əlibəyli — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü, "Azərbaycanın beynəlxalq əlaqələri tarixi" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, Beynəlxalq Siyasi Elmlər Akademiyasının üzvü.

Həsən Əlibəyli
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
7 aprel 1992 – ?
Təmsil etdiyiAzərbaycan Respublikaçılar Partiyası
Şəxsi məlumatlar
Doğum tarixi 1935(1935)
Doğum yeri
  • Biləsuvar rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 28 noyabr 2018(2018-11-28) (82–83 yaşında)
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tarix elmləri doktoru

Mündəricat

Həyatı

Həsən Əlibəyli 1935-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra 1958-1959-cu illərdə həmin fakültənin dekan köməkçisi vəzifəsində işləmişdir.

1959–1963-cü illərdə Əfqanıstanda fars dili mütərcimi, Əfqanıstan üzrə ekspert kimi vəzifələri icra etmişdir.

1964-1967-ci illərdə SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında oxumuş və 1967-ci ildə həmin institutda "Əfqanıstanın xarici siyasətinin əsas problemləri (1946–1966-cı illər)" adlı namizədlik dissertasiyasını vaxtından dörd ay əvvəl müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almağa layiq bilinmişdir.

1967–1972-ci illərdə İranda metallurgiya zavodunda baş mühəndisin köməkçisi və ictimai əsaslarla SSRİ-nin İsfahandakı Baş Konsulluğunda Protokol məsələləri üzrə attaşe vəzifəsində işləmişdir. 1972-ci ildən 1992-ci ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, baş elmi işçi və İran tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992–1995-ci illərdə Azərbaycan Respublikasının İrandakı səfirliyində müşavir və 1993–1995-ci illərdə Azərbaycan Respublikasının İranda müvəqqəti işlər vəkili vəzifəsində işləmişdir.

O, 7 aprel 1992-ci il tarixində Azərbaycan Respublikaçılar Partiyası təmsilçisi olaraq Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.

1989-cu ildə SSRİ Xarici İşlər Naziriliyinin Diplomatiya Akademiyasında "İranın həmsərhəd Şərq ölkələri ilə siyasi münasibətləri (problemlər və təmayüllər)" adlı doktorluq dissretasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır.

Görkəmli alim 2018-ci il noyabr ayının 28-də Bakı şəhərində vəfat etmişdir.

Elmi yaradıcılıq

Həsən Əlibəyli 6 monoqrafiyanın müəllifidir. Bundan başqa 120 adda məqaləsi Azərbaycanda və xaricdə müxtəlif elmi jurnal və toplularda çap olunmuşdur.

Hal-hazırda AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdiri vəzifəsində çalışır.

Beynəlxalq Siyasi Elmlər Akademiyasının üzvüdür.

Əsas elmi əsərləri

  • "Основные проблемы внешней политики Афганистана (1946–1966 гг.)", М., "Наука", 1979
  • Иран и сопредельные страны, М., "Наука",1989 – 267 стр.
  • Внешняя политика Афганистана (1946–78 гг.), М., "Наука", 1979, 208 стр. (xidməti istifadə üçün)
  • Tarixin dörd günü (Prezident Heydər Əliyevin İrana rəsmi səfəri ilə bağlı), Tehran, 1994, 180 s.
  • Diplomatiya, Ensiklopedik lüğət, Bakı, 2005-ci il, 578 s. (müəllflər kollektivi)
  • İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), (çapa hazırlanıb)
  • Beynəlxalq münasibətlərin qlobal problemləri (məqalələr toplusu), Bakı, 2006, 241 s.
  • Həsən Əlibəyli. Birinci Dünya müharibəsi illərində Urmiyada türk-müsəlman əhalinin soyqırımı. Bakı, 2018[ölü keçid]

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həsən Əlibəyli haqqında məlumat. Həsən Əlibəyli nədir? Həsən Əlibəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sensor

  • Fevral 23, 2026

    Bizans İmperiyası

  • Fevral 28, 2026

    Mazar-e-Kayd

  • Fevral 27, 2026

    Adidas

  • Fevral 27, 2026

    Mezoamerika

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst