Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qarabağ xanlarının ulu babası Pənahəli ağa Gəncə-Qarabağ bəylərbəyləri olan Ziyadoğlu-Qacarlara xidmət edirdi. Sonra xidmətdən çıxıb elinə döndü. Cavanşir elini

Bəhmənli oymağı

  • Ana Səhifə
  • Vikipediya
  • Bəhmənli oymağı

Bəhmənli oymağı — Cavanşir elinin böyük və qədim qollarından biri.

Tarixi

Qarabağ xanlarının ulu babası Pənahəli ağa Gəncə-Qarabağ bəylərbəyləri olan Ziyadoğlu-Qacarlara xidmət edirdi. Sonra xidmətdən çıxıb elinə döndü. Cavanşir elinin Bəhmənli oymağında məskunlaşdı.

Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği "Qarabağnamə" adlı əsərində yazır: "Pənahəli bəy əslən Sarıcalı tayfasındandır…Gəncə vilayəti xanlarının işi tərəqqidə olduğu zaman o, Gəncə tərəfə gedib onların (Gəncə xanlarının) hüzurunda xidmət etdi. Uca himmət sahibi olan Pənahəli bəy qulluq etməyi özünə layiq görmədi. O, Qarabağ vilayətinin Cavanşir oymağına gəldi. Şir qüvvətli cavan bəxti ona yar olub, çox varlandı. Evləndi, əziz və xoşbəxt bir oğlu oldu. O, yüksəklik səması parlaq ulduzunun adını Əli qoydu.(Bax: Qarabağnamələr, 1-ci kitab, Bakı, 1989, səh.31).

Sarıcalıların babası Sarıca Əlinin anası Bəhmənli qızıdır.

XVIII yüzilin önlərində Cavanşir elinə bağlı olan Bəhmənli oymağı Lənbəran torpağında qışlayırdı. 14 tüstüdən ibarət idi. Oymağa Əliqulu ağa Məşuq ağa oğlu başçılıq edirdi.

1735-ci ildə Nadir şah oymağı Xorasan əyalətinin Sərəxs yörəsinə sürgün etdi. Şahın ölümündən sonra sürgündən qayıdan oymaq əski yurdunda deyil, Arazbarda qədim Alaqarğu kəndinin ərazisində yerləşdi. Bu yurd Sarıcalı oymağına məxsus idi. Bəhmənli oymağı Böyük Bəhmənli, Bala Bəhmənli obalarına bölündü.

Bəhmənli oymağının başçılarından biri Ağa bəy idi. Ağa bəy Bəhmənli oymağını idarə etmişdi. Ağa bəyin Alı bəy, Bəylər bəy adlı qardaşları vardı. Alı bəy qardaşından sonra oymaqlarına başçılıq etmişdi.

Alı bəyin Zeynalabdin bəy (1784-1861), Bəhmən bəy (1788-1856), Xudadad bəy (1794-1845), Məhəmməd bəy (1796-?), Əhməd bəy (1798-?) adlı oğulları vardı.

Ağa bəyin, Bəylər bəyin övladları Bala Bəhmənli obasında məskunlaşmışdılar. Ağa bəyin oğlu Baba bəy (1792-?) Bala Bəhmənli obasına başçılıq etmişdi.

Əhməd bəy, Xudadad bəy öncə Bala Bəhmənli obasında məskunlaşsalar da sonra Alaqarğu yurdunun yuxarı hissəsinə köçdülər. Orda Əhmədbəyli obasını yaratdılar. Bəhmən bəy Cəfərqulu xan Sarıcalı-Cavanşirin yanında xidmət edirdi. Bir müddət Babı kəndində əyləşmişdi. Ordan Əhmədbəyli obasına köçüb qardaşlarının yanında yaşamağa başladı.

Zeynalabdin bəy Alı bəy oğlu Bəhmənli obasının yüzbaşısı olmuşdu.

Məhəmməd bəy Alı bəy oğlu Böyük Bəhmənli obasında rəiyyət kimi dövran sürmüşdü. Sonradan onun törəmələrinin əsas hissəsi Böyük Bəhmənlidən ayrılıb Əhmədbəyli obasının yanında bir şenlik yaratdılar. Həmin şenlik Murtuzalılar adlanırdı.

Həmçinin bax

  • Cavanşir eli

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəhmənli oymağı haqqında məlumat. Bəhmənli oymağı nədir? Bəhmənli oymağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ebbott Barbara

  • Fevral 27, 2026

    Qütb parıltısı

  • Fevral 27, 2026

    Uyğurca

  • Fevral 27, 2026

    Arçil Gelovani

  • Fevral 27, 2026

    İdrisilər sülaləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst