Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Həmərsin

  • Ana Səhifə
  • Vikipediya
  • Həmərsin

Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Həmərsin
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Fəsilə:
Gülçiçəyikimilər
Yarımfəsilə:
Qızılgülkimilər
Triba:
Qızılgülkimilər
Cins:
İtburnu
Növ:
Həmərsin
Beynəlxalq elmi adı
  • Rosa canina L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  24819
NCBI  74635
EOL  234403
Azərbaycanın Quba rayonu Qırız Dəhnə kəndində həmərsin kolu

Mündəricat

Botaniki xarakteristikası

Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, üzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır. Meyvələri iridir, yetişənə yaxın uzunluğu 15–26 mm olur, enli-oval, bəzən şarşəkilli formada olub, vəziciklərdən məhrum olmuşdur. May ayında çiçəkləyir, may-iyun (iyul) aylarında meyvə verir.

Azərbaycanda yayılması

Böyük Qafqazda Quba, Xəzəryanı, Qobustan, Kür-Araz ovalığı, Kiçik Qafqazın şimal, mərkəzi və cənubunda, Naxçıvan və Talış dağlarında, Lənkəran ovalığından orta dağ qurşağına qədər.

Yaşayış mühiti

Meşəsiz kolaoxşar və otlu yamaclarda, çay sahillərində, meşənin ətrafında, yol boyunca, yaşayış məntəqələri boyunca rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

Yaxşı aşılayıcıdır (kökü, gövdəsi, yarpağı). Xalq təbabətində yetişmiş meyvələrindən istifadə olunur.

Sinonimləri

Homotipik sinonimləri

  • Crepinia canina (L.) Gand.
  • Rosa communis Rouy & E.G.Camus
  • Rosa communis subsp. canina (L.) Rouy & E.G.Camus
  • Rosa communis proles canina (L.) Samp.

Heterotipik sinonimləri

    Həmçinin bax

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həmərsin haqqında məlumat. Həmərsin nədir? Həmərsin nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Kök

    • Fevral 27, 2026

      Sadə firmiana

    • Fevral 27, 2026

      Böhran

    • Fevral 27, 2026

      Kafir

    • Fevral 27, 2026

      Qazaxbəyli təpələri

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst