Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüsniyə İkram qızı Məhərrəmova (30 sentyabr 1981, Bakı) — Azərbaycan teleaparıcısı, Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan şərhçisi və nümayəndə heyətinin rə

Hüsniyə Məhərrəmova

  • Ana Səhifə
  • Vikipediya
  • Hüsniyə Məhərrəmova

Hüsniyə İkram qızı Məhərrəmova (30 sentyabr 1981, Bakı) — Azərbaycan teleaparıcısı, Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan şərhçisi və nümayəndə heyətinin rəhbəri.

Hüsniyə Məhərrəmova
Doğum tarixi 30 sentyabr 1981(1981-09-30) (44 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
  • Bakı Musiqi Akademiyası
Fəaliyyəti aparıcı, prodüser
Fəaliyyət illəri 2005-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və fəaliyyəti

Hüsniyə Məhərrəmova 30 sentyabr 1981-ci ildə Bakıda anadan anadan olmuşdur. 1987–1998-ci illərdə Bakıda yerləşən 255 və 151 saylı orta məktəblərdə təhsil almışdır. O, orta məktəblə paralel musiqi məktəbində fortepiano şöbəsində də oxumuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti aktyorluq fakültəsinə qəbul olmuş, 2003-cü ildə oranı bitirdikdən sonra Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olaraq ikinci ali təhsilini almışdır. Eyni ildə "Sing Your Song" yarışmasında iştirak etmiş və burada üçüncü yeri tutmuşdur. Eyni zamanda, musiqişünaslıq üzrə magistratura pilləsində təhsilini davam etdirmişdir.

Təhsil aldığı illərdə Hüsniyə Məhərrəmova fəaliyyət istiqamətini dəyişmiş və televiziyaya müraciət etmişdir. 2005-ci ildə İctimai Televiziya açılarkən burada müsabiqədən keçmiş və bir neçə gün sonra ilk efirinə çıxmışdır. 2014-cü ilin may ayınadək o, burada prodüser, musiqili və əyləncəli verilişlər departamentinin direktor müavini və aparıcı işləmişdir.

Hüsniyə Məhərrəmova 2007–2008-ci illərdə TRT Avaz-da çalışmış, 2010–2014-cü illərdə İctimai Televiziyanın musiqili və əyləncəli verilişlər departamentində direktor müavini olmuşdur. 2014–2016-cı illərdə "Euromedia" şirkətinin Bakı şöbəsinin icraçı direktoru olmuşdur. 2019-cu ilin iyul ayında Azərbaycan Dövlət Televizyasının beynəlxalq əlaqələr və protokol departamentinin rəhbəri vəzifəsinə təyin edilmiş, 2020-ci ilin yanvar ayınadək burada çalışmışdır. Hüsniyə Məhərrəmova 2020-ci ildən etibarən özəl sahədə direktor və media direktor vəzifələrində fəaliyyət göstərir.

Hüsniyə Məhərrəmova Avroviziya Mahnı Müsabiqəsində müşahidə şurasının üzvü, 2008-ci ildə Azərbaycanın yarışmada debütü üçün keçirilən yerli seçim mərhələsinin aparıcısı, 2008 Avroviziya Rəqs Müsabiqəsi və 2009 Avroviziya Mahnı Müsabiqəsində xal təqdimatçısı olmuşdur. 2010 Avroviziya Mahnı Müsabiqəsidə şərhçi və reportyor, 2011 Avroviziya Mahnı Müsabiqəsində milli şərhçi, 2012-ci ildə Maltanın müsabiqədə iştiraçı üçün aparılan yerli seçim mərhələsində beynəlxalq münsiflər heyətinin üzvü olmuşdur. Azərbaycanda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində təşkilat komitəsinin üzvü və koordinator, 2012, 2013 və 2014-cü illərdə nümayəndə heyətinin rəhbəri, 2015, 2016 və 2017-ci illərdə prodüser və menecer kimi fəaliyyət göstərmişdir. 2019-cu ildə yenidən Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilmişdir.

Şəxsi həyatı

Hüsniyə Məhərrəmova 2008-ci ildə "Coldünya" rok qrupunun üzvü Samir Cəfərov ilə ailə qurmuşdur. Biri qız, biri oğlan olmaqla əkiz övladları var.

Televiziya fəaliyyəti

Hüsniyə Məhərrəmova 2005–2020-ci ildə bir sıra verilişlərin aparıcısı və prodüseri olmuşdur:

Tarix Adı Telekanal Rol
2005Müzik ekspressİctimai TVAparıcı
2006–2010Qarajİctimai TVAparıcı, prodüser
2007–2008Qafqazlardan əsən küləklərTRT AvazAparıcı
2010Show N1İctimai TVAparıcı, prodüser
2012Eurasia Starİctimai TVAparıcı
2013–2014Fort BoyardAzad Azərbaycan TVProdüser
2014Böyük səhnəAzad Azərbaycan TVAparıcı, kastinq-menecer, prodüser
2016–2019V ElementAzad Azərbaycan TVAparıcı
2019–20201azTVAzTVAparıcı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüsniyə Məhərrəmova haqqında məlumat. Hüsniyə Məhərrəmova nədir? Hüsniyə Məhərrəmova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lokhid Martin

  • Fevral 23, 2026

    Polyak dili

  • Fevral 27, 2026

    Oxud

  • Fevral 27, 2026

    Eucalyptus bicolor

  • Mart 01, 2026

    Ayaz Ata

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst