Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və ya qısaca MTN — 1991–2015-ci illər ərzində kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafiz

MTN

  • Ana Səhifə
  • Vikipediya
  • MTN

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və ya qısaca MTN — 1991–2015-ci illər ərzində kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.

Milli Təhlükəsizlik Nazirliyi
  • Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 1 noyabr 1991
Əvvəlki qurum Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi
Ləğv edilib 14 dekabr 2015
Sonrakı
  • Dövlət Təhlükəsizliyi Xidməti
  • Xarici Kəşfiyyat Xidməti
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan Parlament Prospekti 2, AZ1006
Rəsmi saytı mns.gov.az

Mündəricat

Haqqında

Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ-hüquqi aktlarını rəhbər tutmuşdur. Nazirlikdə işləmək üçün Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev adına Akademiyasına daxil olub burada təhsil ala bilərdilər.

Milli Təhlükəsizlik Nazirliyinin rəsmi internet saytı Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət etmişdir.

Milli təhlükəsizlik nazirləri

  • İlhüseyn Pirhüseyn oğlu Hüseynov (7 noyabr 1991 – 16 may 1992)
  • Fəxrəddin Ayət oğlu Təhməzov (16 may 1992 – 17 iyun 1993)
  • Nəriman Şamo oğlu İmranov (3 iyul 1993 – 22 sentyabr 1994)
  • Namiq Rəşid oğlu Abbasov (22 mart 1995 – 23 iyul 2004)
  • Eldar Əhməd oğlu Mahmudov (23 iyul 2004 – 17 oktyabr 2015)

Vəzifəni icra edənlər

  • Namiq Rəşid oğlu Abbasov (i. e. 17 iyun – 3 iyul 1993; 22 sentyabr 1994 – 22 mart 1995)
  • Mədət Qəzənfər oğlu Quliyev (i. e. 20 oktyabr – 14 dekabr 2015)

Həmçinin bax

  • Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
  • Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, MTN haqqında məlumat. MTN nədir? MTN nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vurğu

  • Fevral 27, 2026

    Cabanı

  • Fevral 27, 2026

    Sultani (pul)

  • Fevral 27, 2026

    Su anbarı

  • Fevral 24, 2026

    I Eduard

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst