Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hümbət Sərxoş oğlu Hümbətov (1 avqust 1965, Aşağı Seyidəhmədli, Füzuli rayonu) — Aqrar elmlər üzrə fəlsəfə doktoru, ADAU-nun professoru.

Hümbət Hümbətov

  • Ana Səhifə
  • Vikipediya
  • Hümbət Hümbətov

Hümbət Sərxoş oğlu Hümbətov (1 avqust 1965, Aşağı Seyidəhmədli, Füzuli rayonu) — Aqrar elmlər üzrə fəlsəfə doktoru, ADAU-nun professoru.

Hümbət Hümbətov
Hümbət Sərxoş oğlu Hümbətov
Hümbət Hümbətov
Hümbət Hümbətov
Doğum tarixi 1 avqust 1965(1965-08-01) (60 yaş)
Doğum yeri
  • Aşağı Seyidəhmədli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Elmi dərəcəsi Aqrar elmlər üzrə fəlsəfə doktoru
Elmi adı professor
İş yerləri
  • Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu,
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Hümbət Hümbətov 1965-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. 1982-ci ildə Aşağı Seyidəhmədli kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstititutunun Aqronomluq fakültəsinə daxil olmuş, 1990-cı ildə həmin fakültənin Seleksiya və toxumçuluq ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1989–90-cı illərdə V. Y. Yuryev adına Ümumittifaq Bitkiçilik, Genetika və Seleksiya İnstitutunda təcrübə keçmişdir. 1990–1991-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq instititunda elmi işçi işləmiş, 1993-cü ildə AKTA-nın aspiranturasını, 2004-cü ildə doktoranturasını bitirmişdir. Aqrar elmlər üzrə fəlsəfə doktorudur. "Azərbaycan respublikası şəraitində həna və basma bitkiləri becərilməsinin optimallaşdırılması" mövzusunda doktorluq dissertasiyası yerinə yetirmişdir. Hazırda ADAU — nun Bitkiçilik kafedrası üzrə professorudur. Yerli və xarici mətbuatda 100-ə yaxın elmi məqalə, proqram və metodiki göstərişi çap edilmişdir. "Azərbaycanda basma bitkisinin becərilməsi və ondan istifadə edilməsinə dair tövsiyələr"in (1994), "Texniki bitkilər" adlı dərsliyin (2010), "Həna (Lawsonia)" (2011) və "Basma (İndigofera)" (2012) adlı monoqrafiyaların, "Pambıq lifinin texnologiyası" (2012), "Yem otları" (2013), "Şirəli yem bitkiləri" (2013), "Şəkərli və nişastalı bitkilər" (2014), "Lifli bitkilər" (2015), Yağlı və efir yağlı bitkilər (2016), Şəkər çuğunduru (2019), Yem istehsalı (2020), Yem otlarının toxumçuluğu (2023) adlı dərs vəsaitlərinin, Bitkiçiliyin nəzəri əsasları (2023) adlı dərsliyin, Hidroponika (2024)adlı tövsiyənin, Ozon və onun istifadəsi (2024) adlı tövsiyənin müəllifidir. Ailəlidir, bir oğlu var.

Kitabları

  1. Texniki bitkilər (Dərslik). Bakı, "Aytac", 2010, 415 s. (Həmmüəllif: Xəlilov X. Q.)
  2. Həna (Lawsonia) (Monoqrafiya)]. Gəncə, ADAU-nun nəşriyyatı, 2011, 145 s.
  3. Pambıq lifinin texnologiyası (Dərs vəsaiti). Bakı, "Nurlan", 2012, 230 s. (Həmmüəllif: Xəlilov X. Q.)
  4. Basma (İndigofera) (Monoqrafiya)]. Bakı, "Elm və təhsil", 2012, 82 s.
  5. Yem otları (Dərs vəsaiti). Bakı, "Elm və təhsil", 2013, 184 s. (Həmmüəllif: Hüseynov A. R)
  6. Şirəli yem bitkiləri (Dərs vəsaiti). Bakı, "Nurlan", 2013, 152 s. (Həmmüəlliflər: Şabanov M. C., Verdiyeva R. C.)
  7. Şəkərli və nişastalı bitkilər (Dərs vəsaiti). Bakı, "Elm və təhsil", 2014, 328 s.(Həmmüəlliflər: Məmmədov V. Ə. Qəbilov M. Y.)
  8. Lifli bitkilər (Dərs vəsaiti). Bakı: "Elm və təhsil" nəşriyyat poliqrafiya MMC, 2015, 216 s.
  9. Yağlı və efir yağlı bitkilər (Dərs vəsaiti), Bakı:"Elm və təhsil" nəşriyyat poliqrafiya MMC, 2016, 248 s. (Həmmüəlliflər: Bəşirov V. V., Mohumayev V. R.
  10. Şəkər çuğunduru (Dərs vəsaiti), Gəncə, "Star", 2019 104 s.(Həmmüəllif: Babazadə A. R.)
  11. Yem istehsalı (Dərs vəsaiti), Gəncə, "Star", 2020, 480 s.(Həmmüəlliflər: Məmmədov Q. Y., Hüseynov A. R., Məmmədov V. Ə.)
  12. Yem otlarının toxumçuluğu (Dərs vəsaiti), Gəncə, "Star", 2023, 96 s.(Həmmüəlliflər: Xəlilov X. Q., Babazadə A. R.)
  13. Bitkiçiliyin nəzəri əsasları (Dərslik). Bakı, “Elm və Təhsil”, 2023, 204 s. (Həmmüəlliflər: Məmmədov Q. Y., Nəzərəliyeva E. H)
  14. Hidroponika (Tövsiyə) Bakı, “Elm və Təhsil”, 2024, 296 s. (Həmmüəllif: Hüseynov N. V.)
  15. Ozon və onun istifadəsi (tövsiyə). Gəncə, “M” çap evi, 2024, 118 s. (Həmmüəlliflər: Səddinov F. F.2 Hüseynov Ə.Q.3)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hümbət Hümbətov haqqında məlumat. Hümbət Hümbətov nədir? Hümbət Hümbətov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    İzə şəhristanı

  • Fevral 25, 2026

    Qolsovoe gölü

  • Fevral 24, 2026

    Marri Gell-Man

  • Fevral 25, 2026

    LibreOffice

  • Fevral 25, 2026

    Federasiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst