Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Boris Karloviç Puqo (latış. Boriss Pugo‎, rus. Борис Карлович Пуго; 19 fevral 1937, Tver – 22 avqust 1991, Moskva) — SSRİ partiya və dövlət xadimi, Latviya Komm

Boris Puqo

  • Ana Səhifə
  • Vikipediya
  • Boris Puqo

Boris Karloviç Puqo (latış. Boriss Pugo‎, rus. Борис Карлович Пуго; 19 fevral 1937, Tver – 22 avqust 1991, Moskva) — SSRİ partiya və dövlət xadimi, Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1984–1988), Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin/Sov.İKP Mərkəzi Nəzarət Komissiyasının sədri (1988–1991), SSRİ Daxili İşlər naziri (1990-cı ildən ömrünün sonuna qədər).

Boris Puqo
latış. Boriss Pugo‎
SSRİ daxili işlər naziri
1 dekabr 1990 – 22 avqust 1991
ƏvvəlkiVadim Bakatin[d]
SonrakıVasili Truşin[d] (i. e.)
Şəxsi məlumatlar
Doğum tarixi 19 fevral 1937(1937-02-19)
Doğum yeri
  • Tver, Tver vilayəti, RSFSR, SSRİ
Vəfat tarixi 22 avqust 1991(1991-08-22) (54 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Troyekurov qəbiristanlığı
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Riqa Texniki Universiteti
Fəaliyyəti siyasətçi
Dini ateizm
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü SSRİ Dövlət Təhlükəsizlik Komitəsi
Rütbəsi
  • general-polkovnik (1991)
Təltifləri "Lenin" ordeni — 1987 "Qırmızı əmək bayrağı" ordeni — 1976 "Qırmızı ulduz" ordeni — 1980 "Şərəf nişanı" ordeni — 1971
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boris Puqo 18 avqust 1991-ci ildən avqustun 21-dək Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin üzvü olmuşdur.

Mündəricat

Həyatı

Boris Karloviç Puqo Kalinin (indiki Tver) şəhərində partiya işçisi ailəsində anadan olmuşdur. O, milliyyətcə latışdır. Puqo rus dilində latış dilindən daha yaxşı danışırdı. Onun ailəsi 1918-ci ildə Latviya müstəqil ölkə elan edildikdən və ardınca baş tutan müharibədə kommunist tərəfi məğlub olduqdan sonra Latviyanı tərk etmiş latış kommunistlər idi.

Atası Karl Yanoviç Puqo Oktyabr inqilabının və Rusiyada vətəndaş müharibəsinin iştirakçısı olmuşdur. O, qırmızı "latış atıcısı" və yeraltı döyüşçü olmuş, 1930-cu illərdə Moskvada NKVD-də işləmiş 1940-cı illərin sonunda Latviya Kommunist Partiyası Riqa Şəhər Komitəsinin birinci katib seçilmişdir.

Puqo 1960-cı ildə Riqa Politexnik İnstitutunu bitirmişdir. O, 1963-cü ildən Sov.İKP üzvüdür. Puqo 1961-ci ildən komsomol işində: zavodun komsomol komitəsinin katibi, sonra rayon komsomol komitəsinin ikinci və birinci katibi, ÜİLKGİ MK-nın sektor müdiri,Latviya ÜİLKGİ MK-nın birinci katibi, ÜİLKGİ MK-nın katibi olmuşdur.

Puqo 1974-cü ildə Sov.İKP Mərkəzi Komitəsinin inspektoru. 1974–1975-ci illərdə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri olmuşdur. O, 1975–1976-cı illərdə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin Riqa Şəhər Komitəsinin birinci katibi olmuşdur. Puqo 1976-cı ildən dövlət təhlükəsizlik orqanlarında fəaliyyət göstərir. O, 1977-ci ildən Latviya SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavinidir. Puqo 1980-ci ildən general-mayor hərbi rütbəsi ilə Latviya SSR DTK-nın sədri olmuşdur. O, 1984–1988-ci illərdə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuşdur. Puqo 1989-cu ilin sentyabrında Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdir.

Mükafatlar

  • "Lenin" ordeni (18.02.1987)
  • "Qırmızı əmək bayrağı" ordeni (03.03.1976)
  • "Qırmızı ulduz" ordeni (8.10.1980)
  • "Şərəf nişanı" ordeni (26.08.1971)
  • medallar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Boris Puqo haqqında məlumat. Boris Puqo nədir? Boris Puqo nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hidrotermal yataqlar

  • Fevral 24, 2026

    Hamfri Boqart

  • Fevral 27, 2026

    Daşnaktsutyun

  • Fevral 27, 2026

    Kiçik Həsən

  • Fevral 27, 2026

    Janil Okoyeva

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst