Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülbəniz Yusif qızı Əzimzadə (26 aprel 1947, Bakı – 7 dekabr 2006) — Azərbaycan kinorejissoru, rejissor assistenti, Azərbaycan SSR Lenin komsomolu mükafatı laur

Gülbəniz Əzimzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Gülbəniz Əzimzadə

Gülbəniz Yusif qızı Əzimzadə (26 aprel 1947, Bakı – 7 dekabr 2006) — Azərbaycan kinorejissoru, rejissor assistenti, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1980), Azərbaycanın əməkdar incəsənət xadimi (2000).

Gülbəniz Əzimzadə
Gülbəniz Yusif qızı Əzimzadə
Doğum tarixi 26 aprel 1947(1947-04-26)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 7 dekabr 2006(2006-12-07) (59 yaşında)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Yusif Əzimzadə
Fəaliyyəti kinorejissor
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20002000 Azərbaycan LKGİ mükafatı — 19801980
IMDb ID1531028

Mündəricat

Həyatı

1947-ci il aprel ayının 26-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam idi. Səkkizinci sinfi bitirdikdən sonra — 1963–1968-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində oxuyub. 1969–1974-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil almışdır. Azərbaycanın kino tarixində ilk qadın kinorejissorlardan biridir. Diplom işi "Nəğmə dərsi"dir. 1974–1998-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-rejissor işləmişdir. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür. "Molodost-80", Kiyev şəhəri — priz və diplom, 1981 Yerevan şəhəri, lX Televiziya filmləri festivalı Baş priz. G.Əzimzadənin ilk mühüm ekran işi R.İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Nəğmə dərsi" qısametrajlı bədii filmdir.

Anarın "Dantenin yubileyi" povesti əsasında quruluş verdiyi eyniadlı film 1978-ci ildə ekranlaşdırılıb və maraqla qarşılanıb. Onun "Təkcə adanı özünlə apara bilməzsə" adlı bədii filminin əsas mövzusunu insana və təbiətə məhəbbət təşkil edir. Rejissora böyük uğur qazandıran bu film 1980–1981-ci illərdə fəxri mükafatlara layiq görülüb. Bunlardan başqa, G.Əzimzadə "Qaladan tapılan mücrü", "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü" kimi maraqlı filmlərin də quruluşçu rejissorudur. Onun "Müqəddəs oda yanaram" və "Ümid" adlı yeni dövr filmlərində Qarabağ müharibəsinin gətirdiyi faciələr və insanın həyatda yerini tapması kimi mühüm mövzular öz əksini tapıb.

Gülbəniz Əzimzadə 2006-cı il dekabrın 7-də vəfat edib.

Mükafatlar

  • Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1980
  • "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2000
  • Gürcüstan Respublikasının Fəxri Fərmanı

Filmoqrafiya

  • Nəsimi (film, 1973)
  • Ömrün səhifələri (film, 1974)
  • Beləliklə, biz başlayırıq (film, 1976)
  • Dantenin yubileyi (film, 1978)
  • Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
  • Qaladan tapılan mücrü (film, 1982)
  • Ötən ilin son gecəsi (film, 1983)
  • Avqust gələndə (film, 1984)
  • İmtahan (film, 1987)
  • Qətl günü (film, 1990)
  • Müqəddəs oda yanaram (film, 1991)
  • Ümid (film, 1995)
  • Özgə vaxtın doğma anları (film, 2002)
  • Həyatın duzu (film, 2003)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gülbəniz Əzimzadə haqqında məlumat. Gülbəniz Əzimzadə nədir? Gülbəniz Əzimzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    ABŞ Konqresi

  • Fevral 25, 2026

    Yassı

  • Fevral 27, 2026

    Ravalpindi

  • Fevral 27, 2026

    Todilər

  • Fevral 27, 2026

    Danimark boğazı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst