Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülarə Əziz qızı Əliyeva (17 noyabr 1933, Bakı – 27 iyul 1991, Bakı) — Azərbaycan musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi (1966), Azərbaycan SSR əmə

Gülarə Əliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Gülarə Əliyeva

Gülarə Əziz qızı Əliyeva (17 noyabr 1933, Bakı – 27 iyul 1991, Bakı) — Azərbaycan musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi (1966), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1977).

Gülarə Əliyeva
Gülarə Əziz qızı Əliyeva
Ümumi məlumatlar
Doğum tarixi 17 noyabr 1933
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 27 iyul 1991 (57 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Atası Əziz Əliyev
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Musiqi aləti piano
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1977

Mündəricat

Həyatı

Əliyeva Gülarə Əziz qızı 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə. Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi.

Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966–1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. "Dan ulduzu" ansamblına onun adı verilmişdir.

1991-ci ildə həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə ilə birgə eyvana çıxır və köhnə eyvanın uçması nəticəsində həlak olur. Gülarə Əliyeva qızı Nuridə ilə birlikdə Yasamal qəbiristanlığında dəfn olunub.

  • Oftalmoloq Zərifə Əliyeva, endokrinoloq Tamerlan Əliyev, onkoloq Cəmil Əliyevin bacısıdır. Həkim Əziz Əliyevin qızıdır.
  • Prezident Heydər Əliyevin baldızıdır.

Filmoqrafiya

  1. Nəğməkar torpaq (film, 1981)
  2. Dan ulduzu, tale ulduzu (film, 2001)

Video

  • "Dan ulduzu" ansamblı — Xatirə (1988) — musiqi: Sevil Əliyeva
  • "Dan ulduzu" ansamblı — Xalq mahnııs "Laçın" (instrumental)
  • "Dan ulduzu" ansamblı — Nə gəlməz oldun (instrumental) — musiqi: Oqtay Kazımi
  • Flora Kərimova və Dan ulduzu (instrumental ansambl) "sənsiz" -musiqi: Oqtay Kazımi
  • Flora Kərimova və Dan ulduzu (instrumental ansambl) "Belə qəmli dayanma" -musiqi: Taleh Haciyev
  • Flora Kərimova və Dan ulduzu (instrumental ansambl) "Dalğalar" -musiqi: Fuad Qədimov
  • Hüseynağa Hadıyev və "Dan ulduzu" ansamblı — Sən olmuşam — musiqi: Emin Sabitoğlu, sözlər: Gəray Fəzli
  • Hüseynağa Hadıyev və "Dan ulduzu" ansamblı — Bu gecə — musiqi: Emin Sabitoğlu, sözlər: Zeynal Xəlil
  • Hüseynağa Hadıyev və "Dan ulduzu" ansamblı — Nə gözəldir Azərbaycan — musiqi: Emin Sabitoğlu, sözlər: İbrahim Kəbirli
  • "Dan ulduzu" ansamblı — Sən yadıma düşəndə (instrumental) — musiqi: Elza İbrahimova
  • Hüseynağa Hadıyev və "Dan ulduzu" ansamblı — Gecələr bulaq başı — musiqi: Elza İbrahimova, sözlər: Bəxtiyar Vahabzadə
  • Məmmədbağır Bağırzadə — Gözəlim — musiqi: Şahin Əbdülkərimov, sözləri: Süleyman Rüstəm

Həmçinin bax

  • Dan ulduzu (instrumental ansambl)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gülarə Əliyeva haqqında məlumat. Gülarə Əliyeva nədir? Gülarə Əliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mərkəzi Yava

  • Fevral 27, 2026

    Ana südü

  • Fevral 27, 2026

    Sarıyer

  • Fevral 27, 2026

    Drakon

  • Fevral 27, 2026

    Lommel çoxhədlisi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst