Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gözəllik müsabiqələri ənənəvi olaraq qadınların fiziki xüsusiyyətlərinin qiymətləndirildiyi müsabiqələrdir. Ancaq zamanla bu müsabiqələrin çoxunda müsabiqə işti

Gözəllik müsabiqəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Gözəllik müsabiqəsi

Gözəllik müsabiqələri ənənəvi olaraq qadınların fiziki xüsusiyyətlərinin qiymətləndirildiyi müsabiqələrdir. Ancaq zamanla bu müsabiqələrin çoxunda müsabiqə iştirakçılarının şəxsi xüsusiyyətləri, zəkaları, bacarıqları və münsiflər heyətinin suallarına verdikləri cavabları da qiymətləndirmə meyarlarına daxil edilmişdir. “Gözəllik müsabiqəsi” termini çox vaxt subay qızların iştirak etdiyi milli və beynəlxalq müsabiqələri təsvir etmək üçün istifadə olunur.

Mündəricat

Tarixi

Qədim dövrlər

Homerin “İliada”sına görə, tarixdə məlum olan ilk gözəllik müsabiqəsi eramızdan əvvəl 2000-ci ildə indi Kaz dağları kimi tanınan İda dağında keçirilmişdir. Müsabiqənin iştirakçıları Eris, Hera, Afina və Afrodita olmuşdur. Gözəllərin hər biri Parisə onu seçməsi üçün öz təkliflərini vermişdirlər, lakin sonda Paris əlindəki almanı Afroditaya (Venera) verir. Müsabiqədən sonra Paris aşiq olduğu Heleni Afroditanın köməyi ilə qaçırır və Troya müharibəsinə səbəb olur.

Müasir dövr

Müasir dünyanın ilk gözəllik müsabiqəsi 1888-ci il sentyabrın 19-da Belçikada Concours de Beaute adı altında 350 namizədlə keçirilmiş və axırda 18 yaşlı Berta Soucaret ilk gözəllik kraliçası elan edilmişdir.

İlk rəsmi və beynəlxalq müsabiqə 1908-ci il avqustun 14-də İngiltərənin Folkestone şəhərində, ilk Dünya Gözəllik Kraliçası müsabiqəsi isə 19 aprel 1951-ci ildə London festivalı çərçivəsində keçirilmişdir.

Tənqidlər

Gözəllik müsabiqələrini mənfi nöqteyi-nəzərdən tənqid edənlərin fikrincə, bu müsabiqələr gənc qızların və qadınların fiziki görünüşünə görə qiymətləndirilməli olduğu fikrini müdafiə edir. Bu, qadınların bu gözəllik standartlarına çatmaq üçün moda, kosmetika, saç və hətta plastik əməliyyatlara pul və vaxt sərf etmələrinə səbəb olur ki, bu da öz növbəsində qadınların üzərindəki təzyiqi artırır. Tənqidçilərin fikrincə, bəzi qadınlar fiziki gözəllik adı ilə daxil olduqları pəhrizlərlə öz sağlamlıqlarına da zərər verirlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gözəllik müsabiqəsi haqqında məlumat. Gözəllik müsabiqəsi nədir? Gözəllik müsabiqəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cek Steynberger

  • Fevral 27, 2026

    Zaporojye kazakları

  • Fevral 27, 2026

    Vassallıq

  • Fevral 27, 2026

    Qızılyurd

  • Fevral 24, 2026

    E.ə. 19

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst