Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Göyçay Ensiklopediyası" — Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nəşri.

Göyçay Ensiklopediyası

  • Ana Səhifə
  • Vikipediya
  • Göyçay Ensiklopediyası

"Göyçay Ensiklopediyası" — Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nəşri.

Göyçay Ensiklopediyası
Janr Ensiklopediya
Mövzu Göyçay rayonu
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan
Orijinalın nəşr ili 2023
Səhifə 694
ISBN-13 978-9952-39-034-6
Elektron versiya

Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 100 illiyinə ithaf olunan kitabın ideya müəllifi və naşiri AVCİYA prezidenti Elxan Süleymanovdur. Kitab daha əvvəllər oxuculara təqdim olunmuş "Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi – Göyçay döyüşləri", "Göyçay döyüşləri Türkiyə tarixşünaslığında" və "Göyçay tarixi" kitablarının daha geniş və təfərrüatlı şəkildə davamı kimi hazırlanıb.

2024-cü ildə AVCİYA "Göyçay Ensiklopediyası"nın davamı olaraq, Azərbaycan şairi, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqunun əsərlərinin külliyyatından ibarət yeni "Nəğmə dolu ürək" kitabını təqdim edib.

Mündəricat

Haqqında

Ensiklopediyada bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr, müvafiq xəritələr yer alıb. Yerli ədəbi-mədəni mühit, folklor və mərasimlər, maddi mədəniyyət, toponimlər haqqında tanınmış tədqiqatçıların yazdıqları oçerklərlə tanış olmaq olar. Kitaba, ilk növbədə, və daha çox Göyçayın adını xan çinarın ucalığına qaldırmış görkəmli şəxsiyyətlər haqqında məqalələr daxil edilib. Bunların hamısı 951 məqalədə, 11 irihəcmli oçerkdə birləşib.

Ensiklopediyanın elmi-redaksiya şurasının rəhbəri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılıdır. Cildin tərtibatında Səttar Bəhlulzadənin "Göyçay" (1972) rəsmindən istifadə edilib ki, bu da Azərbaycanda narın vətəni sayılan bir rayonun simvolu kimi uyğunlaşdırılıb.

Saytı

Ensiklopediyanın http://goychay-encyclopedia.az/ ünvanında fəaliyyət göstərən elektron versiyası "1905.az STUDİO"da hazırlanıb. Yaradıcı heyətə "1905.az" portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev rəhbərlik edir.

Təqdimatı

2023-ün sentyabrında Göyçayda "Heydər Əliyev Mərkəzi"ndə ensiklopediyanın təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev nəfis tərtibatda ərsəyə gətirilmiş geniş məlumat toplusunun buraxılmasını təqdirəlayiq hal kimi dəyərləndirdi və yaradıcı heyətə razılığını bildirdi. Sonra AVCİYA prezidenti Elxan Süleymanov qeyd etdi ki, bu, 2015-ci ildə buraxılmış "Şamaxı Ensiklopediyası"ndan sonra eyni silsilədən hazırlanan 2-ci nəşrdir. AYB rəhbəri Anar Rzayev ensiklopediyanın elmi-redaksiya şurasının sədri olmasından qürur duyduğunu söyləyib. Təqdimatda Milli Məclisin deputatı Zahid Oruc, "Yeni Müsavat" qəzetinin məsul redaktoru Elşad Məmmədli, "Göyçay" rayon qəzetinin redaktoru Adil Məmmədov və başqaları çıxış edib.

Həmçinin bax

  • Naxçıvan Ensiklopediyası
  • Şamaxı Ensiklopediyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Göyçay Ensiklopediyası haqqında məlumat. Göyçay Ensiklopediyası nədir? Göyçay Ensiklopediyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bəhmənli oymağı

  • Mart 01, 2026

    Acacia anastema

  • Mart 01, 2026

    Cəlali üsyanları

  • Fevral 27, 2026

    Pernis apivorus

  • Mart 01, 2026

    Tale yükü

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst