Göykilsə — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
| Kənd | |
| Göykilsə | |
|---|---|
| |
| 40°19′28″ şm. e. 44°41′38″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qırxbulaq mahalı |
| Rayon | Ellər rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Göykilsə | |
Tarixi
Rayon mərkəzindən 8 km şimal-şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1590-cı ildən mə'lumdur.
Toponim
Toponim rəng bildirən göy sözü ilə kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponidmdir. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Kaputan (kaput göy deməkdir) qoyulmuşdur.
Əhalisi
Burada 1828-ci ilə kimi yalnız azərbaycanlı əhalisi yaşamışdır. Ermənilər buraya 1828–1829-cu illərdə Türkiyədən köçürülmüşdür. Kənddə ermənilərdən başqa 1873-cü ildə 293 nəfər, 1886-cı ildə 333 nəfər, 1897-ci ildə 424 nəfər, 1914-cü ildə 890 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmişdir. Burada 1922-ci ildə 94 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə 170 nəfər azırbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi qovulmuşdu. 1922-ci ildə bir hissəsi geri qayıtmışdır. 1935-ci ildə kənd ermənicə Kaputan (əsli farsca kabud-"göy") sözündən adlandırılmışdır. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə çəkilir.. Əsli Göy Kilsə. Türkcə köy "kənd" və kilsə sözlərindən ibarət olmaq е'tibarilə "Kilsə kənd" mə’nasındadır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–1949-cu illərdə zorla tarixi-etnik torpaqlarından deportasiya edilib Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, göykilsə sözünün mənası, göykilsə haqqında məlumat. göykilsə nədir? göykilsə nə deməkdir?

