Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Göygöl və ya Bala Göygöl, Daşkəsən Göygölü — Azərbaycanın dağ göllərindən biridir. Daşkəsən rayonunda yerləşir. Şirinsulu və balıqla zəngin göldür. Gölün əsl ad

Göygöl (Daşkəsən)

  • Ana Səhifə
  • Vikipediya
  • Göygöl (Daşkəsən)

Göygöl və ya Bala Göygöl, Daşkəsən Göygölü — Azərbaycanın dağ göllərindən biridir. Daşkəsən rayonunda yerləşir. Şirinsulu və balıqla zəngin göldür. Gölün əsl adı Göygöl olsa da əhali ona Bala Göygöl və ya Daşkəsən Göygölü deyir.

Göygöl və ya Bala Göygöl
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2.473 m
Yerləşməsi
40°18′33″ şm. e. 45°53′26″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Daşkəsən rayonu
Göygöl və ya Bala Göygöl xəritədə
Göygöl və ya Bala Göygöl
Göygöl və ya Bala Göygöl
Göygöl və ya Bala Göygöl xəritədə
Göygöl və ya Bala Göygöl
Göygöl və ya Bala Göygöl

Şəmkir çayı hövzəsində, Hinaldağdan təqribən 4 km. qərbdə, 2470 m. hündürlükdə yerləşir. Əsasən Göygöl çayının suyu ilə qidalanır. Uzunluğu 1200 metr, maksimum eni 500 metr, sahəsi 34 hektardır. Noyabrdan mayadək donmuş olur. 1956-cı ildən su anbarına çevrilmişdir və suvarmada istifadə edilir. Sahilində meteoroloji stansiya var.

Göl Azərbaycanın qərb hissəsində, Daşkəsən rayonunda, ölkənin paytaxtı Bakıdan 300 km qərbdə yerləşir. Göl dəniz səviyyəsindən 2473 metr yüksəklikdə yerləşir. 0,28 kvadrat kilometr ərazini əhatə edir. Ərazinin ən yüksək nöqtəsi 2842 metr yüksəkliyə malikdir və göldən 1,0 km cənubdadır. Şimaldan cənuba 0,7 km, şərqdən qərbə isə 1,1 km məsafəni əhatə edir.

Bala Göygölün ətrafındakı ərazi demək olar ki, otlaqlarla örtülmüşdür. Göl ətrafında hər kvadrat kilometrə təxminən 65 nəfər düşür. İqlimi kontinentaldır. Orta temperatur 3°C-dir. Ən isti ay avqustdur 16 °C, ən soyuq ay isə yanvardır −13°C-dir. Orta hesabla ildə 704 millimetr yağıntı düşür. Ən yağışlı ay 101 millimetr yağışla may ayı, ən quraq ay isə 21 millimetrlə avqustdur.

Göl tam olaraq Daşkəsən rayonunda yerləşsə də 1990-cı illərdən 2022-ci ilə qədər ermənilərin nəzarətində qalmışdır. 2022-ci il sentyabrın 12–14-dəki Azərbaycan–Ermənistan sərhəd toqquşması zamanı Azərbaycan ordusu gölü və ətrafını işğaldan azad etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Göygöl (Daşkəsən) haqqında məlumat. Göygöl (Daşkəsən) nədir? Göygöl (Daşkəsən) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    BDSM

  • Fevral 27, 2026

    Sanqalan (kənd)

  • Fevral 25, 2026

    Nikolay Qoqol

  • Fevral 27, 2026

    ETSN

  • Fevral 27, 2026

    Köçərli məhəlləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst